Tarix : 2017 Jul 19
Kod 52316

Eldar Mahmudovdan “yaylım atəşi” əmri: “Bu gəmini batırın!”

MTN şefi kimsəyə rəhm etmək fikrində deyil
Yaxın günlərdə “MTN çetesi” tərfindən keçmiş və hazırkı məmurlarla bağlı bir çox ifşaedici informasiyaların ictimaiyyiləşməsi gözlənilir. 
Bu barədə moderator-a etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, sabiq MTN şefi Eldar Mahmudovun “xeyir-duası ilə” başladılacaq bu prosesə səbəb hadisələrin gedişatının çete üzvlərinin ziyanına kəskin şəkildə dəyişməsidir:
“Sabiq MTN polkovniki Vüsal Ələkbərovun 12 il müddətinə azadlıqdan məhrum edilməsi, məhkəmənin E.Mahmudov və MTN-nin Baş İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyevlə bağlı verdyi qərardad, Akif Çovdarovla bağlı keçirilən məhkəmə prosesində bəzi məmurların və iş adamlarının sərgilədiyi qətiyyətli mövqe, bu günə qədər azadlıqda qalan çete üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində ardıcıl addımların atılması, MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quiyevin “sıxışdırılması” və s. “MTN çetesi”nin əsəblərini tarıma çəkib. İstintaq və məhkəmənin heç cür onlardan “əl çəkməməsi”, hazırda həbsdə olan dəstə üzvləri ilə kifayətlənməməsi, bu günə qədər öz azadlığını qoruyub saxlayan digər MTN yetkililərini də “tutub içəri qoymaqda” qərarlılıq sərgiləməsi başda E.Mahmudov olmaqla çete üzvlərini həlledici qərarlar qəbul etmək məcburiyyəti qarşısında qoyub. Məhz bu səbəbdən də son hadisələri təhlil edən və proseslərin yaxşı heç nə vəd etmədiyi ilə bağlı əminlik hasil edən E.Mahmudov, əksəriyyət üçün ağrılı olan qərar verib. Belə ki, “bu vaxta qədər xidmətində dayandığı” hakimiyyətin ona rəhm etmək fikrində olmadığını düşünən E.Mahmudov, çete üzvlərinə məmurlarla bağlı əllərində olan çosaylı ifşaedici informasiyaların tədricən ictimaiyyiləşdirilməsinə göstəriş verib”.
Mənbənin məlumatına görə, MTN şefi bununla siyasi elitadan qisas almağa, hələ də heç nə edə bilməyəcək qədər aciz olmadığını göstərməyə çalışır:
“Proseslərin vaxtiylə MTN-nin başında duran bir şəxs kimi gec-tez onu hədəf alacağını anlayan E.Mahmudov, baş verənlər qarşısında ağ bayraq qaldırmaqdansa, içində özünün də olduğunu bu gəmini batırmaq, ölkə mediası vasitəsi ilə keşmiş və indiki məmurların qandonduran qanunsuzluqları bağlı bir çox informasiyaları ictimaiyyiləşdirməyə, bununla da onu nazir kreslosundan dustaq kamerasına doğru sürükləyən siyasi elitadan qisas almaq niyyətindədir. E.Mahmudovun “qisas əməliyyatı”nın nə dərəcdə uğurlu alınacağı, məlum əks-zərbənin nə dərəcədə effektiv olacağı hələ bəlli olmasa da, bu “yaylım atəşinin” bəzi məmurlar üçün təsirsiz ötüşməyəcəyi birmənalıdır. Bu baxımdan yaxın gələcəkdə “MTN işi” çərçivəsində kifayət qədər maraqlı proseslərin baş verəcəyi ehtimalı böyükdür”.


  • Yazılıb
  • da (də) 2017 Jul 19
  • Göndərən مدير سايت Aran News