Tarix : 2017 Jul 22
Kod 52334

Məscidləri dağıdın! Ziyarətgahları ləğv edin! Elton Conları dəvət edin!.. – Həmid Türkinin məqaləsi

Elə bir gün yoxdur ki, Azərbaycan Respublikasında İslam əleyhinə hansısa bir addım atılmasın…
Bakıda keçirilən Qüds məsələsinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Azərbaycan xalqı dininə bağlı xalq olduğundan ölkə ərazisində tarix boyu çoxlu pirlər, türbələr, ziyarətgahlar və digər müqəddəs məkanlar olmuş və bu gün də olmaqdadır. Hətta dövlət siyasəti ateizmdən ibarət olan Sovet Hakimiyyəti zamanı belə ölkə ərazisindəki ziyarətgahlar öz fəaliyyətlərini davam etdirirdi. Çünki bu ziyarətgahların mahiyyət etibarilə insanları mənəvi cəhətdən paklandırmağa xidmət etdiyini yaxşı başa düşən “allahsız” Sovet rejimi, sözü gedən müqəddəs məkalarda dövləti təhdid edən heç bir təhlükə görmürdü. Yalnız əksər məscidlər bağlı idi ki, məscidlərin siyasi xütbələrin məkanına çevrilə biləcəyindən ehtiyyat edən Sovet hakimiyyəti onları bağlamışdı.

Sovetlər Birliyi dağılandan sonra Azərbaycan müsəqilliyə qədəm qoyanda,  xalq ilk növbədə məcsidləri bərpa etdi. İlk baxışdan xalqa elə gəldi ki, artıq bundan sonra dinə heç bir qadağa qoyulmayacaq. Çünki ən azı ölkəyə rəhbər seçilən dövlət başçıları öz vəzifələrinin icrasına başlayarkən xalqın qarşısında ilk növbədə müqəddəs Qurana əl basır, dini bəşəriyytə göndərən Allaha and içirdilər. Amma…

3

Azərbaycan prezidentləri – Heydər Əiyev və oğlu İlham Əliyev səlahiyyətlərinin icrasına başlayarkən Qurana əl basırlar…

Zaman keçdikcə qəribə hadisələr baş verməyə başladı. Əvvəlcə xalqın öz hesabına, özü üçün Məscid tikməsi Azərbaycan hakimiyyətinin xoşuna gəlmədi. 2000-ci illərin əvvəllərində Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev keçirdiyi iclasların birində ölkədə tikilməkdə olan məscidərin sayından narahat olduğunu bəyan etdi. Amma xalqın öz torpağında, öz vəsaiti hesabına və özü üçün məscid tikməsinin nəyinin pis olduğunu açıqlamadı. Bundan sonra məscidlərin tikintisinə lisenziyalar verilməsi çətinləşdirildi.

Daha sonra xalqa öz dinini öyrədən mədrəsələr qapadıldı, ondan sonra Quran oyrədən kürslar ləğv edildi, dini kitabların satışına qadağa qoyuldu, ismətli Azərbaycan qız-gəlinlərinin hicabda məktəb və Universitetlərə gəlmələri qadağan edildi və s. Bütün bunlar elə bir zamanmda baş verirdi ki, Azərbaycanda Türkiyə, ABŞ, İngiltərə, Fransa və s. Qərb dövlətlərinin məktəbləri açılır, ədəbsiz və Azərbaycan xalqının mənəviyyatına zidd olan rəqs məktəbləri təşkil edilir,  tolerantlıq pərdəsi altında Qərbin vəhşi və əxlaqsız mənəviyyatsızlığı xalqın gözündə adiləşdirilir və xalqdan bu iyrəncliklərə “dözümlü” olmaq tələb edilirdi.

İş o yerə gəlib çatdı ki, inanclı insanları və xalqın mömin ziyalılarını hətta Quran oxumağa, namaz qılmağa, məscidə getməyə görə həbs etdilər. Ən acınacaqlısı isə o oldu ki, dini ayinləri icra etmək üçün icazə verilməsini – qeyri-müsəlmanlar kimi ayaqyoluda kağazdan istifadə edən – İcra Hakimiyyətlərinin nümayəndələrinə həvalə etdilər… Ömür boyu cənabət qüsulu ilə gəzən İcra Hakimiyyətinin nümayəndəsinin,  10-15 il dini təhsil almış bir din xadiminə “dini ayinlərin icrası lisenziyasını” verməsinin XALQA necə bir təhqir olduğunu təsəvvür edirsinizmi?!…

Nəhayət, növbə ziyarətgahlara çatdı. Azərbaycan mətbuatının verdiyi xəbərə görə, bu günlərdə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Əli qədəmgahı” ziyarətgahının qeydiyyatı ləğv edilib. Qeyd edək ki, “Əli qədəmgahı” 2002-ci ildə dövlət qeydiyyatına alınmışdı. Yəni Azərbaycan rəhbərliyi o ziyarətgahları bağlayır ki, qeyd etdiyimiz kimi, “allahsız” Sovet rejimi belə onlarda dövləti təhdid edən heç bir təhlükə görmürdü.

Amma Azərbaycan hakimiyyəti isə ziyarətgahlarda təhlükə görür.  Bilıirsinizmi niyə? Çünki Sovet Hakmimiyyəti xalqın mənəviyatının təmiz olmasına çalışırdı, bunu Sovet əxlaq kodeksi çərçivəsində etsə də belə. Amma hazırki Azərbaycan hakimiyyəti isə xalqın mənəviyyatının pozulmasıa xidmət edən əməlləri təbliğ və inkişaf etdirir. Təsəvvür edin, dünyada əxlaqsızlığın simvolu olan – homoseksualist, aşkar şəkildə başqa bir “kişiyə” “ərə gedən”, özünü rəsmən “ana” elan edib övladlığa uşaq götürən əxlaqsız Elton Con dövlət rəhbərliyi tərəfindən Azərbaycana dəvət edilir, dövlət rəhbəri, onun ailəsi şəxsən bu əxlaqsızı qəbul edir, prezidentin və ailəsinin bu murdarla görüşləri dövlət teleiziysı vasitəsilə fəxarətlə xalqa elan edilir…

article-2263092-0BCEBB7200000578-268_634x356

“Ana” Elton Con “əri” və “körpəsi” ilə…

Sual oluna bilər: Dinin və mənəviyyatın qadağan, əxlaqsızlığın və mənəviyyatsızlığın isə inkişaf etdirilməsində məqsəd nədir?
Məqsəd çox sadədir: Din qeyrəti gücləndirir!  Qeyrəti olan şəxs haqsızlığa, zülmə, ədalətsizliyə qarşı dözümlü ola bilməz! QEYRƏT mütləq onu mübarizəyə qaldıracaq! Amma Elton Conlar isə mənəviyyatı və avtomatik olaraq qeyrəti öldürür. Qeyrəti olmayan adam isə hər bir şeyə qarşı TOLERANT (dözümlü) olur…

1435578928_1

Azərbaycan xalqının “ulu öndəri”nin qızı, hazırki prezident İlham Əliyevin bacısı Sevil xanım Əliyeva və “kişiyə ərə getmiş” Elton Con…

Əziz oxucu, deyəsən Azərbaycan dövlətinə və ölkədəki Qərbə bağlı KİV-lərdə “tolerantlıq” ifadəsini tez-tez eşidirsiz, elə deyilmi? Yəqin başa düşdünüz tolerantlıq kimə və nəyə görə lazımdır. Öz xalqına deyil,  xalqının düşmənlərinə xidmət edən hakimiyyətlər “Elton Conların” sayəsində hakimiyyətdə qalırlar və qorxduqları yeganə şey QEYRƏT və bu qeyrəti yaradan İMANDIR!

Elə isə ey marionet rejimlər, məscidləri dağıdın! Ziyarətgahları ləğv edin! Elton Conları dəvət edin!..

 

 

Həmid Türki  – “Həqiqət” QHT, İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi (Truth NGO)


  • Yazılıb
  • da (də) 2017 Jul 22
  • Göndərən مدير سايت Aran News