Tarix : 2017 Jul 22
Kod 52336

6 ayda Ədliyyə orqanlarında 7 nəfər vəzifəsindən azad olunub

Bu ilin 6 ayında Ədliyyə Nazirliyinin icra xidmətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə, 20 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.
Azadliq.org-Bu, iyulun 21-i Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, müvafiq idarələrin rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.
Bu barədə nazirliyin saytı xəbər yayıb.
Müşavirədə həmçinin vurğulanıb ki, 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib. 7 nəfərin isə tutduğu vəzifədən azad edilib. “Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib”-deyə məlumatda qeyd edilir.
Müşavirədə bildirilib ki, bu ilin birinci yarısında icrası təmin edilən işlərin sayı 54 faiz artaraq 288 mini ötüb. Fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə 366 milyon manatdan çox vəsait ödətdirilib.

  • Yazılıb
  • da (də) 2017 Jul 22
  • Göndərən مدير سايت Aran News