Tarix : 2017 Jul 23
Kod 52348

Müdafiə Komitəsi keçmiş müstəntiqdən narahatdır

Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi iyulun 21-də növbəti toplantısını keçirib.
Azadliq.org-Bu barədə komitə üzvü, Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev məlumat yayıb.
E. Quliyev keçmiş müstəntiqin taleyi ilə bağlı narahatlığını ifadə edib:
“Etmədiyi cinayətə görə 9 il iş alan Rüfət Səfərovdan həbsxanada da əl çəkmirlər. Onun qapalı tipli cəzaçəkmə müəssisəsinə göndəriləcəyindən narahatıq”.
E. Quliyev deyib ki, bununla bağlı R. Səfərov valideynləri vasitəsilə ictimaiyyətə məlumat göndərib:
“o, 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyündən az sonra əvvəlcə müəyyən bəhanə ilə 3 gün, daha sonra isə 7 gün“kars”a ( cərimə kamerası-AR) salınıb. Bunu qapalı müəssisəyə göndərilməsinə hazırlıq kimi dəyərləndiririk ”
Vəkil Bəhruz Bayramlı isə qarşıdakı həftə R. Səfərovla görüşməklə bu məsələlərə aydınlıq gətirəcəyini söyləyib.
Müdafiə Komitəsinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Keçmiş müstəntiq: “Əliyev rejiminin göstərişi yerinə yetiriləcək”

Xatırlatma

R. Səfərov Zərdab rayon prokurorluğunun müstəntiqi olub. 2015-ci il dekabrın 20-də hüquq-mühafizə orqanlarında vəziyyəti kəskin tənqid edərək istefa verib. Həmin il dekabrın sonunda R. Səfərov saxlanaraq Binəqədi Rayon Məhkəməsində hakim önünə çıxarılıb. Ona rüşvət alma ittihamı irəli sürülüb və barəsində 3 ay 26 gün həbs qət-imkan qərarı seçilib. 2016–cı ilin yanvarında həbs qət-imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

2016-cı ilin sentyabrında Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib. Hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanır.





  • Yazılıb
  • da (də) 2017 Jul 23
  • Göndərən مدير سايت Aran News