Tarix : 2017 Jul 23
Kod 52349

Putin Əliyevlə görüşdə: 'Vəziyyət sadə deyil'

İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, lham Əliyevi salamlayan Vladimir Putin regionda vəziyyətin sadə olmadığını deyib:
"Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var."
İlham Əliyev Rusiya və Azərbaycanın münasibətləri yüksək səviyyədədir:
"Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var."
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.


  • Yazılıb
  • da (də) 2017 Jul 23
  • Göndərən مدير سايت Aran News