Tarix : 2008 Jun 14
Kod 5235

TELEVİZİYADA ''ATATÜRKÜ SEVMİRƏM'' DEYƏN BARƏSİNDƏ İSTİNTAQ BAŞLADILIB

ötən günlərdə televiziyada canlı yayınla "Mən Atatürkü sevmirəm, Xomeynini sevirəm" deyən Türkiyə vətəndaşı Nuray Bezirgan barəsində istintaq işi başladılıb
Türkiyə Servisi/Aran Agentliyi
"Mən Atatürkü sevmirəm, Xomeynini sevirəm" deyən Türk qadın həbslə üz-üzədir.

İslam-Azeri-nin Türkiyə mətbuatına istinadlı xəbərinə görə ötən günlərdə televiziyada canlı yayınla "Mən Atatürkü sevmirəm, Xomeynini sevirəm" deyən Türkiyə vətəndaşı Nuray Bezirgan barəsində istintaq işi başladılıb.

Nuray Bezirgan isə öz fikirlərini söyləməkdə aparıcıdan bu sözü söyləmək cinaytdirmi söyləməsini dəlil gətirərək onun cavabına uyğun bu sözləri önə çəkdiyini bildirib.

Həmçinin Nuray Bezirgan "onunla fikirlərimiz uyuşmadığına görə onu sevmirəm demişdim"deyərək Hilal tv-də öz fikirlərini önə çəkib.

Lakin çoxları onun həbs edilməsinin qaçılmaz olduğunu açıqlayırlar.

Hər halda hüquq müdafiəçiləri bunu söz azadlığının pozulması kimi qiymətləndirirlər.
 
 
  • Yazılıb
  • da (də) 2008 Jun 14