Xəbər Lenti

Taleh Bağırzadə: ''Aşura baş yarmaq yox, haqq uğrunda savaş günüdür''

Gürcüstanda Məhərrəmlik mərasimləri izdihamlı şəkildə keçirilib – FOTOSESSİYA

Şəhidlər ağasının qanının dəyəri

Övladlarımızı Aşura hadisəsi ilə belə tanış edək

Sabiq MTN generalları hakim qarşısına çıxarılır

Abbas Hüseyn Aşura məktəbindən yazdı

Dərbənddə Nizaminin barmaqlarını sındırdılar - Foto

Aşura mərasimləri bizə peyğəmbərdən (s) irs qalıb Səfəvilərdən yox

Əfqan Muxtarlıya dostları ilə görüşmək icazəsi verilmir

“Qafqazda dini ayinlərin araşdırılması” konfransında çıxış edən politoloq deyib: Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin son bəyənatı ilkin dini hüquqların pozulması deməkdir.

Qafqaz və Türkiyədə məhərrəm mərasimlərində dəyişiklik mövzusunda dəyirmi masa

Aşura mərasimləri bizə peyğəmbərdən (s) irs qalıb Səfəvilərdən yox!

Azərbaycan məscidlərindən Aşura görüntüləri – FOTO

Aşura günü Şəhidlər Xiyabanı ziyarət edildi – FOTO

Aşura günü Gəncə və Bakıda qanvermə aksiyası keçirilib - Foto

Bakı məscidlərində Aşura günü

Gürcüstanda İzdihamlı "Tasua" yürüşü keçirildi

Millət vəkili: ''Mənim qanım hamıya lazım olan qandır'

Taleh Bağırzadə: ''Aşura baş yarmaq yox, haqq uğrunda savaş günüdür''

Qərbi Azərbaycan ostanında Vəliyyi-fəqihin nümayəndəsi: İslam və şiə ölkələrinin məsul şəxsləri Həzrət İmam Hüseynin (ə) əzadarlığına mane olmaq əvəzinə onlarla birgə olsunlar.

Dini şeirlər yazarı və araşdırmaçısı: Nardaran Qafqazda dini şeirlərin qütbüdür

Təbriz Universitetinin müəllimi “Qafqaz və Anadoluda Aşura mərasimlərinə baxış” konfransında dedi: Azərbaycan Respublikasında həbsdə olan dindarlar özlərinin ən adi hüquqlarından da məhrumdurlar.

İmam Hüseyn (ə) qiyamında səbir dərsi

Bəsrə əhalisi “Həşdi-Şabi” və İrana dəstək üçün genişmiqyaslı aksiya keçirdi

Rəsmi Bakı İrəvana reaksiya verdi

AXCP üzvü 6 il müddətində azadlıqdan məhrum edildi

ABŞ-da möhtəşəm məhərrəm yürüşü – FOTO

Gürcüstan Ali Dini İdaərsi Məhərrəm ayı ilə bağlı ehsan paylayıb

Aslan İsmayılov öz məhkəməsində iştirakdan imtina etdi

Azərbaycan İsraildən hansı silahları alıb - Sinitsin açıqladı

Putin Ərdoğanla İdlib barədə razılaşdı

Məscid axunduna qadağa qoy, uşağı niyə cərimələyirsən

Zorakılığı təbliğ edən serialların bəhrəsi: Azərbaycanda məhkum uşaqların sayı artıb – SOS

Düşünülmüş və hazırlıqlı qiyam

Hizbullahın lideri Trampı tənqid etdi

İmam Hüseyn (ə) qiyamında səbir dərsi

Bakıda orta məktəbdə hicab qalmaqalı

Təbrizin imamcüməsi Hüseyni əzadarlıqların əhəmiyyətini vurğuladı

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

“Putinlə Qarabağı müzakirə edəcəm” – Türkiyə prezidenti

Arxiv
 
Tarix : 2017 iyl 23     |     Kod : 52352

Azərbaycan İslam Partiyası Qüdsdə baş verənlərlə bağlı bəyanat verib

Müsəlmanların müqəddəs məkanının bağlanması ilə əlaqədar AİP etiraz bəyanatı yayıb.

İslaminSesi xəbər verir ki, bəyanatda İsrail hakimiyyətinin hərəkətləri beynəlxalq qanunlara və insan haqlarına həqarət hesab edilir:
“İsrail rejiminin son addımı Qüdsün işğalını davam etdirməklə, həm də fələstinlilərin bu müqəddəs torpaqda yerləşən və son ümidgahları sayılan Əl-Əqsa məscidində ibadət etməyin qarşısını zorla almaqdan ibarətdir.
Bu, işğalçı sionist rejimin heç bir beynəlxalq qanuna məhəl qoymaması, adi insan haqlarının vəhşiliklə pozulması, BMT-nin və başqa beynəlxalq təşkilatların qəbul etdikləri qərar-qətnamələrin qulaqardına vurulması deməkdir. 
Dünən qəsbkar rejimin müsəlman qanına susayan əsgərləri müsəlmanların Məscidul-Əksada namaz qılmaq cəhdlərini silahla qarşılamışdır. İbadət əhli məscidin qapısında namaz qılarkən zalım rejimin güclü təzyiqinə tuş gəlmişdir. Qarşıdurma zamanı bir neçə fələstinli öldürülmüş, çoxsaylı insan yaralanmış, ağır xəsarət alanlar vardır.
Artıq bütün dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə məlumdur ki, İsrail qondarma dövləti qədim Fələstin torpaqlarında yaradılmışdır. 1967-ci ildəki 6 günlük müharibədən sonra isə İsrail zəbt etdiyi torpaqlarla kifayətlənməyərək üç dinin - İslam, Xristianlıq və Musəviliyin müqəddəs məkanı Qüdsün işğalını həyata keçirmişdir. ABŞ-ın himayə etdiyi bu qəsbkar rejimin bütün cinayətləri cəzasız qalmışdır. Ayrı-ayrı beynəlxalq təşkilatlarda, problemin ədalətli həllinə çalışan ölkələrin səyləri ilə keçirilən müzakirələrdə işğalçı sionist rejim heç zaman konstruktiv və ədalətli mövqe tutmamaqla fələstinlilərə təzyiqi daha da artırmışdır.
Eləcə iyul ayının 20-də BMT-nin Fələstin Problemi üzrə Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının ( İƏT) və rəsmi Bakının təşkilatçılığı ilə Qüds problemi ilə bağlı keçirilən sayca dördüncü Beynəlxalq Konfransında İsrailin işğalçılığı dilə gətirilməsi ilə Qüdsdə fələstinlilərin ibadət zamanı atəşə tutulması eyni vaxta və bəlkə də eyni saata təsadüf etmişdir. Halbuki Azərbaycanda, onun ayrı-ayrı bölgələrində yəhudi milliyyətindən olan insanlar azad ibadətlə məşğul ola, asudə və hər cür təhlükəsiz həyat sürməyə davam edirlər.
Bakı konfransında və ümumən Qüds problemindən bəhs edən bütün müzakirələrdə dilə gətirilən mühüm fikirlərdən biri, həm də çox mühüm olanı ondan ibarətdir ki, dünyada, xüsusən də müsəlman dünyasında aparılan işğalçılıq siyasətinə son qoyulması, qəsb olunmuş müsəlman ölkələrinin torpaqlarının, Azərbaycanımızın Qarabağ torpaqları da daxil olmaqla azad edilməsi Qüdsün azadlığından sonra mümkündür. Belə olan təqdirdə bəzi müsəlman ölkələrinin bu münaqişələrin ədalətli həllində laqeyd mövqeyi başadüşülən deyildir.
Görünən isə odur ki, müsəlman ölkələrində bəzi sülalələr üçün hakimiyyətdən daha vacib heç nə yoxdur ki, bunu da onlara dünyanın qeyri-müsəlman lider ölkələri və sionizmin özü vəd edir. Biz isə bir daha bəyan edirik ki, Qüdsün azadlığı müsəlman dünyasının azadlığını və gələcək taleyini təmin və müəyyən edən mühüm şərtdir. Bütün sağlam qüvvələr bu müqəddəs məkanın, Fələstin torpaqlarının işğaldan azad olunması uğrunda birləşməli və barışmaz savaş aparmalıdırlar."


Yazılıb da (də)   2017 iyl 23  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin