Tarix : 2017 Jul 24
Kod 52358

İran Silahlı Qüvvələri Baş Qərargahının komandirinin Qarabağ münaqişəsində Azərbaycana yardımları barədə söylədikləri,

“İran Azərbaycana milyonlarla yardım etmişdir”
“Qarabağ müharibəsi dövründə İranın hərbi və qida sahəsində göstərdiyi yardımlar həıyati xarakter daşıyırdı. İran üç düşərgə yaradaraq, müharibə qaçqınlarını məskünlaşdırmaq istiqamətində 20 milyon dollardan artıq vəsait sərf etməkdə idi. Müstəqilliyinin ilk illərində Azərbaycana verdiyi qaz yanacağının pulu hələ (1994-cü il, İranın konsorsiyumdakı paytının ləğv edilməsinə qədər) ödənilməmişdir. Eyn zamanda, Naxçivana elektrik enerjisi ötürməsindən 5 milyon dollar və 25 milyon dollar isə göndərdiyi digər imkanlara görə Azərbaycandan alacağı varıdı”.
Badkubeh - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov, eləcə də Bakıdakı digər siyasilər də İrandan Azərbaycanın daxili və xarici işlərinə müdaxilə etməməyi tələb edir. Lakin, həmin şəıxslər, eyn zamanda antiiran siyasətçilər, xüsusilə də Xalq Cəbhəsi ilə birlikdə İranı özünə borclu hesab edərək daimi olaraq bel bir süal irəli sürürlər ki, Qarabağ müharibəsində İran niyə Azərbaycana kömək etmədi?!
Sanki, İran belə bir öhdəlik götürmüşdur ki, Bakı qonşu ölkə ilə müharibəyə girdikdə, İran Bakıya yardım etməyə məcburdur. Tabii ki, belə fikirlər bir sözlə, insafsızlıqdır. İraqla (əslində isə bütün ərəb dünyası və qərb dövlətlərinin bir çoxu ilə) 8 illik ağır müharibədən yenicə çıxmış İran bütün imkanları ilə Bakı sakinlərinə kömək göstərdi. Bu işi başqa heç bir dövlət yerinə yetirməzdi. O cümlədən, Türkiyə Süleyman Dəmirəl dönəmində Azərbaycana “ciddi yardım” göstərməkdən boyun qaçıraraq, yalnız siyasi şüarlar verməklə kifayətləndi.
“Badkubə” saytının əldə etdiyi məlumatlara əsasən, Qarabağ müharibəsi dönəmində İranın Azərbaycan Respublikasına göstərdiyi yardımlar böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının rəsmiləri, o cümlədən, Heydər Əliyev, Prezidentin müavini Əli Həsənov və digər rəsmilər, İranın Qırmızı Aypara Cəmiyyətinin, İmam Xomeyni adına İmdad Komitəsinin və s. göstərdiyi yardımlarının ciddi əhəmiyyət daşımasına toxunaraq, dəfələrlə həmin yardımlarla əlaqədar olaraq, İrana təşəkkür etmişlər. Həsənov öz müsahibəsində bildirmişdir ki, “İranın İmam Xomeyni adına İmdad Komitəsi Azərbaycandakı 19 illik fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etmişdir”.
Əbulfəz Elçibəy hakimiyyətinin çökməsindən sonra, Xalq Cəbhəsi öz çatışmazlıqları və süstlüyünü xarici bir günahkarın boynuna yıxmağa səy göstərdi. Bu səbəbdən də İranı günahkar qələmə verməyə başladılar və belə bir şayiə yayıldı ki, İran ermənilərə kömək edib. Həmin şayiə sonrakı illərdə Azərbaycan mediasında o qədər yayımlandı ki, hətta bu şayiəni icad edənlər özləri də bu yalanının doğru olmasına inanmağa başladı.
Bunlara baxmayaraq, İran rəsmiləri həmin illərdə İranın Bakıya göstərdiyi hərbi, hərbi məsləhətçilik, maddi və qeyri maddi köməyinin keyfiyyətinə dair bir çox gizli sənədin olduğunu bəyan edirlər. Hansı köməklər ki, İranın 1994-ci il Əsrin Müqaviləsi adlanan Konsorsiyum müqviləsindəki 5 faizlik payının ləğv edilməsi ilə, davam etməmişdir.
Həmin dönəmdə İranın Bakıdakı hərbi məsləhətçisi olmuş, AMON hərbçiləri və Rövşən Cavadovla əməkdaşlıq edən Mənsur Həqiqətpurdan əlavə, İran Silahlı Qüvvələri Baş Qərargahının komandiri də bu barədə məlumatlara malikdir. Qərbi Azərbaycan ostanından olan sərdar Məhəmmədhüseyn Əfşurdi ( Məhəmməd Baqiri) Ali Müdafiə Universiteti tərəfindən nəşr edilmiş kitabında yazır:
“Qarabağ müharibəsi dövründə İranın hərbi və qida sahəsində göstərdiyi yardımlar həıyati xarakter daşıyırdı... İran üç düşərgə yaradaraq, müharibə qaçqınlarını məskünlaşdırmaq istiqamətində 20 milyon dollardan artıq vəsait sərf etməkdə idi. Müstəqilliyinin ilk illərində Azərbaycana verdiyi qaz yanacağının pulu hələ (1994-cü il, İranın konsorsiyumdakı paytının ləğv edilməsinə qədər) ödənilməmişdir. Eyn zamanda, Naxçivana elektrik enerjisi ötürməsindən 5 milyon dollar və 25 milyon dollar isə göndərdiyi digər imkanlara görə Azərbaycandan alacağı varıdı”.
Bu məlumatlar sərdar Baqirinin (Əfşurdi) doktorantura dissertasiyası olaraq, Qafqaz geopolitikası və İranın xarici siyasəti” adlı kitabda dərc edilmişdir və səlahiyyətli bir şəxs tərəfindən verildiyinə görə sənədli və etibarlı sayılır.
Həqiqətpur da cari ilin baharında “Badkubə” saytına verdiyi müsahibəsində, Qarabağ müharibəsində göstərilən köməklər hesabından Bakının hazırdfa İrana 30 milyon dollar dəyərində borcu olduğunu bildirmişdir.
Görəsən bütün bunlar Azərbaycanın daxili işlərinə qarışmaq deyildırmi? Əgər İran Azərbaycanın daxili işlərinə müdaxilə etməsəydi, erməni qüvvələri hətta Bakını da işqal edə bilərdi. Erməni qüvvələrin irəlilədiyi zaman onlara xəbərdarlıq edən qüvvə də məhz İran ordusunun zirehli bölməsi olan Təbriz qoşunu olmuşdur.        
1993-cü ilin sentyabr ayında (İran sərhədləri yaxınlığında) Füzuli və Horadizin işqal edildiyi zaman, İran hərbçiləri sərhəd kənarına hazırlıqlı vəziyyətə gətirilərək, ermənilərin irəliləyişinə qarşı xəbərdarlıq verildi ki, bu da Tehranın Moskva ilə münasibətlərinə kölgə saldı. Bütün bunlar “Regional power Rivalries in the new Eurasia – Russia, Turkey and Iran” adlı kitabdakı Oles smolanskinin məqaləsində ətraflı surətdə qeyd edilmişdir.
İranın Azərbaycanı dəstəkləməsi heç bir zaman İran xalqı üçün məsrəfsiz olmamışdır. Heydər Əliyev hakimiyyəti bütün bu yardımları aldıqdan sonra, İranın Əsrin Müqqviləsindəki payını ləğv etdi və bu isə İranın Bakıya göstərdiyi bütün yardımlarının qarşılığı oldu.
Bundan əlavə, Heydər Əliyev İrana tarixi cəhətdən meyilli olan qüvvələri həbs etdirdi, yaxud da onlara qarşı təziqlər göstərdi. Talışlar və Tatlar kobud surətdə əzişdirildi, şiə siyasi fəalları İrana casusluq ittihamı ilə həbs edildi və yaxud təziqlər və məhdudiyyətlərə məruz qaldı, Cavadov qardaşları kimi şəxslərin talei isə acınacaqlı oldu və ən sonunda, Bakının qapıları Türkiyə və İsrailə açıldı. O türkiyə ki, İranın göstərdiyi köməkliyin zərrə qədərini belə göstərməmişdi.
Əgər Bakı daxili işlərində İranın müdaxilə etməməsini istəmirsə, onda bu ölkənin İrandakı səfiri hansı səbəbdən İranın hakimiyyət və yerli strukturlarının vəzifəli şəxsləri ilə görüşərək, İranın Qarabağ münaqişəsinin hərbi həllində Azərbaycana yardım etməsini istəyir!? bir halda ki, İran Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsinin hərbi həlli yolu olmadığını dəfələrlə açıqlamışdır. Bakı mətbuatı hansı səbəbdən İranın sözügedın münaqişədə Bakının xeyrinə Ermənistanla müharibəyə girmədiyinə görə hər zaman şikayətlənir!? Görəsən bütün bunlar daxili işlərinə müdaxilə etmək anlamına gəlmirmi? Və son süal bundan ibarətdir ki, nə üçün bütün bu tələblər Türkiyə qarşısında qoyulmur?

  • Yazılıb
  • da (də) 2017 Jul 24
  • Göndərən مدير سايت Aran News