İyulun 23-ü Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının «Qrad Sviyajsk» kiçik raket və «SB-45» xilasetmə yedək gəmisi Bakıya gəlib.
Azadliq.org-Xəbəri Müdafiə Nazirliyi yayıb.Onlar Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək «Dəniz Kuboku-2017» beynəlxalq yarışlarında iştirak edəcəklər.
Bundan əvvəl, iyulun 22-də isə İran Hərbi Dəniz Qüvvələrinin «Peykan», «Cövşən» raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin «Qazaxıstan», «Sarıarka» raket-artilleriya, «Jayık» hidroqrafiya gəmiləri Bakıya gəlib.
Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.