İslaminSesi BBC-ə istinadən bildirir ki, İsrail rejiminə edilən hücum nəticəsində 2 nəfər həlak olub. Polisdən edilən açıqlamaya görə ölənlərdən biri iordaniyalı digəri isə israillidir. Şahidlərdən birinin dediyinə görə ölən iordaniyalı mebel şirkətlərindən birində işləyir və hücum zamanı səfirliyə yenicə giribmiş. İsrail səfirliyi hadisə ilə bağlı açıqlama verib. Maraqlısı budur ki, onlar səfirlikdə mebellərin dəyişdirildiyi zamanı ustanın hücumundan bəhs ediblər. İordaniya polisi səfirliyi mühafizə altına alıblar və səfirliyn işçiləri təxliyyə ediliblər.
İsrail mediasında bu məsələ ilə bağlı hər hansı bir məlumatın verilməsinə qadağan qoyulub. Qeyd edək ki, Cümə günü Əmmandakı "Qəzəb Cüməsi" nə minlərlə irodaniyalı qoşulmuşdu. Onlar Məscüdül Əqsaya görə etiraz etmişdilər. Xatırladaq ki, 1949-1967-ci ilə qədər Şərqi Qüds İordaniyanın nəzarəti altında olub.