Tarix : 2017 Jul 24
Kod 52362

Bakıda yaşayış binasının damında başlayan yanğın mənzillərə keçib

Bakıda yaşayış binasında yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.
Binanın damında başlanan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

  • Yazılıb
  • da (də) 2017 Jul 24
  • Göndərən مدير سايت Aran News