Tarix : 2017 Jul 25
Kod 52365

Bu gün Həzrəti Məsumənin (ə) mövlud günüdür

Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.
Islamazeri.az-Bu gün Həzrəti Məsumənin (ə) doğum günüdür. O, müsəlmanların yeddinci imamı İmam Musa Kazımın (ə) qızıdır.
Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.
Günahsız və məsum olduğu üçün ona Məsumə ləqəbi verilib. Əsl adı isə Fatimədir.
Xanım Məsumə səkkizinci imam Həzrət İmam Rzanın (ə) bacısıdır. Atası İmam Museyi-Kazım şəhid edildikdən sonra o, uşaq yaşlarından qardaşı İmam Rzanın (ə) himayəsində olub.
Həzrəti Məsumənin məzarı və ziyarətgahı İranın Qum şəhərində yerləşir.


  • Yazılıb
  • da (də) 2017 Jul 25
  • Göndərən مدير سايت Aran News