Şərlənərək dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı, QMİ-in sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
Lent.az-Kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq. Cinayət işi araşdırılması üçün hakim Gülzar Rzayevanın icraatına verilib.Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.