Azadliq.org-Qeyd edәk ki, Özbәkistanda 2009-cu ildәn Almaniyanın MAN şirkәti maşön istrhsal edir. 1993-cü ildәn isә Cәnubi Koreya maşınları Özbәkistanda istehsal olunur. 2011-ci ildә Özbәkistanda 175 min maşın istehsal olunub.Әkbәr Xәlilov adlı feysbuk istifadәçisi mәsәlәyә ironik yanaşaraq bildirib ki, “narahat olmayın, biz dә xaricә dolma,fәsәli, Şәki pitisi ixrac edeceyik!”
Eldar Abbasov adlı feysbuk istifadәçisi yazır ki, “biz başqa olkәlәrә mazut satırıq. Tәkәr istehsalına lazım olan xammal demәk olar ki mazutdan ibarәtdir. Ancaq bir dәnә şin zavod yoxdu. Elә bilirsiz bu zavodu acmaq istәyәn yoxdu? Var, özü dә çoxdu. Sadәcә qoymurlar. Gәlәn kimi deyirlәr ver, şapka ver. 10 milyon, 20 milyon. Onlar da bilmir şapka ne olan şeydir. Gedirlәr ha fikirlәşirlәr, tapa bilmirlәr. Bizim mәmurlar gәlәnin dә burnundan vurub qaytarırlar dala. Maşın istehsalı bir qıraga qalsin, Kәnd Tәsәrrufatı Nazirliyi xaricdәn eşşәk alıb gәtirir. Eşşәyi dә xaricdәn alan hökumәt hansı inkişafdan danışır, bax o, mәnә çatmır. Bu qәdәr dә yalan danışmaq olar?”
Bir başqa feysbuk istifadәçisi Amil Әliyev fikir bildirәrkәn fәrqli mövqe bildirib. O bildirir ki, “Almaniya Asiyada rahat satış edә bilmәk üçün və işçi qüvvəsi ucuz başa gəldiyi üçün zavodu orda tikib və orada alman mütəxəssislər işlәyir, özbək yox. Özbəklәr uzaq başı fəhləliklә məşqul olurlar. Həmәn özbəkdir dә, rus ağ qızılı- yani pambığı başından vurub alır. Alman heç vaxt onlara MAN şirkətini etibar eləməz. Almanlar maşınları ancaq özləri düzəldillər.”
Fәrid İsmayıllı adlı feysbuk istifadәçisi öz şәrhindә ölkә idarәetmәsindәki özbaşınalıqdan yazıb. Fәrid İsmayıllı yazır ki, “Azərbaycan hökuməti milyardları yeyib dağıdır. Ölkədə bir-iki belə zavod da tikmədilər ki, əhali işləsin. Özlәri üçün idman kompleksləri, otelləri söküb özləri üçün yeni otellər tikirlər. Saxta məlumat verirlər ki, əhalinin 5 faizi işsizdir. Mən tam əminliklə deyirəm ki, ölkәdә cәmi 20% əhali işləyir. Biyabırçılıqdır vallah. Belə ölkə idarə edərlər? Hara baxır prezident, baş nazir?
Pәrviz Pәrviz adlı feysbuk istifadәçisi tәlәbәlәrin ixtisasları üzrә işlәmәmәsindәn şikayәtlәnәrәk yazır ki, “hər il Texniki Universitetdәn 20-25 avtomobil layihə mühəndisləri mәzun olur. Hamısı qeyri-ixtisas sektorunda çalışır. Belə zavodlar olsa idi, bilgilərimiz yaddan çıxmazdı, öz brendimizi yaradardıq.”
Yaşar Fәrazi adlı feysbuk istifadәçisi açılşı ilәjn bağlanışı bir neçә gün çәkәn velosiped zavodunu işarә edәrәk yazır ki, “Bizdə isə velosiped zavodunu işə salmaq istədilər, onu da bacarmadılar. Yarımçıq qaldı))”
Kәnan Rәhimli adlı feysbuk istifadәçisi yazır ki, “bizdə adicə Pegasus Heydәr Әliyev hava limanına girmək istədi, qoymadılar. Çünki çox ucuza aparırdı.”
Elgiz Şükürov adlı feysbuk istifadәçisi yazır ki, “nә olsun. Bizdә dә yaltaqlar, satqınlar istehsal olunur. Mersedes şirkәti Bakıda zavod açmaq istәyirdi. Bizimkilәr neynәdisә, qaçdılar buradan.”
Mirkazım Çәrkәzov adlı feysbuk istifadәçisi neftdәn fәlәn pulların sağa-sola talanmasına etiraz olaraq yazır ki, “bu hakimiyyәti ölkәnin inkişafı heç vaxt maraqlandırmayıb. Hәr bir ölkәnin özünә görә üstünlüklәri var. Bizim dә әsas üstünlüyümüz neft idi. Vә ondan gәlәn gәlirdәn özlәri varlandılar, ölkәnin inkişafına dair heç bir addım atılmadı.”
Azad Bayraq aslı feysbuk istifadәçisi yazır ki, “sağolsunlar bizim uzaq görənlər. Bizimkilәrin irәli sürdüyü tәklif:
Zavodu tikəcəksən, 50% gəlir bizim olacaq.
Yerin hәr il vergisi verilәcәk.
Zavodun sahəsini nәğd şəkildə pulla ödәyәcәksiniz.
Və burada maşın satışı öz üzərimizdə olacaq.
Yəni biz neçiyə satacağıq öz işimizdir.”
Әdalәt Әzizov adlә feysbuk fәalı ölkәdәki rüşvәtu, korrupsiyanı әsas gәtirәrәk yazır ki, “bizdə gəlib nəsə bir zavod açmaq istəyəndə ya külli miqdarda rüşvət istəyirlər, ya da şərik olmaq istəyirlər. Gələn bədbәxt dә üz tutur orta Asiyaya.”
Tural Quliyev adlı feysbuk istifadәçisi yazır ki, “MAN ve Dayvo şirkәtlәri ilk olaraq bizdә zavod açmaq istәyibilәr. Hәtta İsveçin mәhşur vaqon zavodu da bizdә 1500 nәfәrlik zavod açmaq istәyib. Sadәcә acgöz mәmurlarımız hәm rüşvәt hәm dә açılacaq zavodlardan faiz istәyiblәr vә nәticәdә heç bir iş alinmadı.”
Dәyanәt Mahmudov adlı feysbuk istifadәçisi isә şәrhinә sarkazm qataraq yazır ki, “bizdə də “VELOSİPED” istehsal olunur. Dünya da buna paxıllıq edir!”
Elmәddin Cәfәrov adlı feysbuk istifadәçisi yazır ki, “biz dә milyon töküb NAZ zavodu tikdik, sonra da işlәdә bilmәdik vә bağladıq.”