İyulun 24-də bir qrup AXCP fəalı Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Meydan tv-Onlar 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlıya qarşı qeyri-insani rəftara son qoyulmasını tələb ediblər. Etirazçılar G.Bayramlının fotosu əks olunmuş plakatlar qaldırıblar, "Azadlıq!", "Gözəl Bayramlının dərmanlarını verin!", "Siyasi məhbuslara azadlıq!", "İşgəncələrə son!" şüarlarının səsləndiriblər.Polis aksiyanı dağıdıb, saxlanılanlar var.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, CM-in 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunur. Mayın 26-da Səbail Rayon Məhkəməsi onun 3 ay müddətinə həbsinə qərar verib. Rəsmi bəyanatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib. Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə qoyublar və onun həbsi siyasi xarakter daşıyır.