Kanal 13-ün təsisçisi Anar Orucov Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı Əziz Orucova qarşı qeyri-insanı rəftar olduğunu iddia edir.
Meydan tv-Bu barədə Anar Orucov "Facebook" səhifəsində məlumat paylaşıb. "Əzizin havaya çıxması qadağan edilib, evə telefon zəngi yarımçıq kəsilib, otağının nəfəsliyini açmaq tələb ediləndə belə qeyri-insani münasibət göstərilib"- Anar Orucov qeyd edib.
Meydan TV Bakı İstintaq Təcridxanası ilə əlaqə saxlayıb.
Təcridxanadan özünü kapitan Aqşin İsmayılov kimi təqdim edən şəxs bildirib ki, o, hər hansı məlumat vermək ixtiyarında deyil və deyilənlərdən xəbərsizdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən suala cavab verilməyib.
Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə. Orucov ittihamları qəbul etmir.