Tarix : 2017 Jul 26
Kod 52382

Ərdoğandan İsrailə: Hərəkətləriniz cavabsız qala bilməz!

Türkiyə Prezidenti İsrail ilə fələstinlilər arasındakı son böhrandan danışdı.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin Qüds şəhərində Məbəd dağında yerləşən məscidlərdə həyata keçirdiyi yeni təhlükəsizlik tədbirləri yanlışdır və işğalçı rejimin təcridinə səbəb olacaq.

Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
“Qanuna qarşı bu cür etinasızlıq edərək, İsrail özü ilə yanaşı, bütün regiona da ziyan vurur. (Məbəd dağında) atılmış bu addımlar səhvdir və, açığı, İsral (bu addımına görə) özünü təcrid edə bilər.”, - deyə Ərdoğan bildirib.
Türkiyəli lideri İsrailin hərəkətlərini “qəbuledilməz” adlandırıb və əlavə edib ki, İsrailin bu hərəkətləri cavabsız qala bilməz.

  • Yazılıb
  • da (də) 2017 Jul 26
  • Göndərən مدير سايت Aran News