Vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi şəxslər – Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və Abbas Hüseynovla görüşmək üçün iyulun 25-də Kürdəxanıdakı 1 saylı Nur-az.com:Bakı İstintaq Təcridxanasına gedib. Məlum olub ki, Abbas Hüseynovu artıq istintaq təcridxanasından Qobustandakı qapalı həbsxanaya göndəriblər. Onunla birlikdə Nardaran məhbuslarından Cabbar Cabbarov da Qobustana göndərilib. Həmçinin Cahad Babakişizadə də etap olunub. O, 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.Taleh Bağırzadə ehtimal edir ki, Abbas Hüseynov və digərlərinin belə tezliklə köçürülməsi onlara işgəncə verilməsi məqsədi güdür.
Xatırladaq ki, iyulun 20-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş insidentdən sonra Taleh Bağırzadə, Abbas Hüseynov, Əli Nuriyev, Fuad Qəhrəmanlı və Cahad Babakişizadə cərimə kamerasına (“kars”) salınib. Taleh Bağırzadə və Abbas Hüseynova 7 gün, digərlərinə isə 5 gün “kars” cəzası verilib.
Taleh Bağırzadə vəkilə bildirib ki, 20 iyulda onların çıxışına imkan verilməməsinə etiraz olaraq, məhkəmədə hakimlərə ayaqqabı, su qabı atdiqdan sonra onları zaldan çıxarıblar. Məhkəmənin iş saatı bitəndən sonra – axşam saat 18.30 radələrində yenidən zala gətiriblər və əlləri arxadan qandalla bağlı vəziyyətdə saxlayıblar. Hakmlər zala daxil olub qərarı elan edib gediblər. Bildiriblər ki, apellyasiya şikayətləri təmin olunmur, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılır.
Həmin vaxt Taleh Bağırzadə Əmir Bayramovun sədrlik etdiyi, Vüqar Məmmədov və Əflatun Qasımovdan ibarət hakimlər kollegiyasına bunları deyib: “Sizə atdıgımız butılka və ayaqqabılar əslində, İlham Əliyevin yeritdiyi siyasətə qarşı atılıb. Siz hansı vicdanla evdə övladlarınızın üzünə baxacaqsınız?”
Hakimlər qərarı elan edərkən zalda təqsirləndirilən şəxslərdən başqa heç kim olmayıb.
Taleh Bağırzadə vəkillə görüşdə onu da bildirib ki, Baki İstintaq Təcridxanasının rəhbirliyi onların “karsa” salınması ilə bağli hər hansi qərar təqdim etməyib.
Böyük ehtimalla bu həftə Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan digərləri də cəzaçəkmə müəssisəsinə köçürüləcəklər. Hökmə əsasən, Taleh Bağırzadə ona verilmiş 20 illik cəza müddətinin ilk 7 ilini həbsxana rejimində çəkməlidir. O da Qobustana köçürüləcək.
Fariz Namazlının bildirdiyinə görə, Taleh Bagırzadənin əhval-ruhiyyəsi yüksəkdir.