Nur-az.com:QAT mətbuat xidmətindən faktxəbər-ə verilən məlumata görə, həmin şəhərdə Şeyx Səfi abidə-kompleksində və digər yerlərdə konfrans, görüş və sair tədbirlərin keçirilməsi nəzərdə tutulur. QAT sədri Akif Nağı bildirib: “Bu cür müştərək tədbirlərin keçirilməsi, səmərəli müzakirələrin aparılması tarixi həqiqətlərin ortaya çıxarılmasına xidmət edir. Ona görə də təqdir olunmalıdır. Biz eyni zamanda bu dəfə də səfər boyunca Qarabağ həqiqətlərinin çatdırılması, kitab və disklərin paylanması istiqamətində işlərimizi görəcəyik”.