Tarix : 2017 Jul 27
Kod 52392

Hakimiyyət ləyaqətli insanların ömründən kəsir

AXCP sədri Əli Kərimli FB səhifəsində saxta ittihamlarla həbsə atılmış Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və Asif Yusifliyə göstərilən qanunsuz və amansız davranışa münasibət bildirib:
“Bax, beləcə ləyaqətli insanların ömründən kəsirlər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı xeyli müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Xəstəliyinə görə xüsusi rejimlə qidalanmalı, sağlam həyat tərzi keçirməli olan Fuad bəyi yazdığı yazılara görə 10 il müddətinə azadlıqdan məhrum ediblər. Ancaq bununla da ürəkləri soyumayıb.

Apellyasiya məhkəməsində ona, Tale Bağırzadəyə və digər “Nardaran məhbuslarına” çıxış etmək imkanı verməyiblər. Etiraz etdikləri üçün Kürdəxanı təcridxanasında 5 günlük “karsa” salıblar. Bu istidə xəstə adamı “karsa” salmaq nə deməkdir? “Karsda” olduğu 5 gündə Fuad bəyin üstünə 2 dəfə həkim gəlib. Fuad bəy ürək ağrısından əziyyət çəkir.

Bu gün digər müavinim Gözəl Bayramlının da həbsinin 2 ayı tamam olur. Gözəl xanımın dərmanlarını hələ də ona vermirlər.

Canının bir parçasını Qarabağ savaşında qurban vermiş, çox ciddi xəstəlikləri olan AXCP Rəyasət Heyəti üzvü Asif Yusiflini də 3 ilə yaxındır ki, məhbəsdə çürüdürlər. Bu, artıq rəqiblə siyasi mübarizə deyil. Rəqibləri “təbii görünən” yollarla fiziki olaraq məhv etmək siyasətidir. Əlbəttə, bir gün bu əməllərin həm siyasi, həm də hüquqi məsuliyyətini daşımaq lazım gələcək”.


  • Yazılıb
  • da (də) 2017 Jul 27
  • Göndərən مدير سايت Aran News