Heysam Əbu Səidin sözlərinə görə, Azərbaycanda, Ermənistanda, Özbəkistanda və Rusiyada 7500-dən çox İŞİD tərəfdarı var.
O bildirib ki, İŞİD uçün yalnız ərəb ölkələri “kadr” mənbəyi deyil, Fransa, Belçika, Böyük Britaniya, Almaniya kimi Qərb ölkələrini də bu siyahıya əlavə etmək olar.
Beynəlxalq İnsan Hüquqları üzrə Komissiyanın bəyanatında bildirilir ki, kəşfiyyat xidmətləri ölkələrdə terrorizmə qarşı aparan təşkilatlara etibar etmir. Çünki bu dövlətləri ərəb ölkələri ilə sıx iqtisadi maraqlar bir-birinə bağlayır.
“Nəticədə isə bu dövlətlərdə güzəştlər hazırlanır, əhəmiyyətli məlumatlar məxfilik kateqoriyasından çıxarılır”-deyə bəyanatda qeyd olunub.
Məlumata görə, İraqda 35 min, Suriyada 25 min, Səudiyyə Ərəbistanında 18 min, Türkiyədə 17 min, Tunisdə 15 min, Fransada 11 min, Nigeriyada 10 min, Almaniyada 7800, Misir və Somalidə 7 min, Livanda 5 min, Liviyada 4700, Böyük Britaniya və Əlcəzairdə 3700, Qətər, Sudan, İordaniya, Küveytdə 3 min, Belçikada 1800, İsveçdə 1500, Norveçdə 1200, Bəhrəyndə 750 İŞİD tərəfdarı var.
Bəyanatda o da bildirilib ki, bu siyahı Afrika ölkələrinin sayəsində genişlənəcək.