Tarix : 2017 Jul 29
Kod 52404

sionist rejimi Ermənistanla dostluq münasibətlərini inkişaf etdirmək istəyir

Məqsəd İsrail-Ermənistan dostluq münasibətlərini inkişaf etdirməkdir.
Nur-az.com:İsrailin regional əməkdaşlıq naziri Tsaxi Aneqbi üçgünlük rəsmi səfərlə Ermənistanın paytaxtı İrəvana gedib. 
Onu İrəvanda Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan qəbul edib.
Ermənistanın XİN rəhbəri ilə görüş zamanı israilli nazir bildirib ki, İrəvana səfərinin əsas məqsədi İsrail-Ermənistan dostluq münasibətlərini inkişaf etdirməkdir.
Aneqbi və Nalbandyan arasında görüş zamanı tərəflər gündəliyin müxtəlif məsələlərini, aktual, regional və beynəlxalq problemləri müzakirə ediblər. Tərəflər həmçinin məmnunluqla vətəndaş cəmiyyəti sahəsində əlaqələrin fəallaşmasını və bunun nəticəsi olaraq dövlətlərarası münasibətlərin möhkəmlənməsini bildiriblər.

  • Yazılıb
  • da (də) 2017 Jul 29
  • Göndərən مدير سايت Aran News