Vaşinqtonda müsəlman, yəhudi və xristianların İsrail əleyhinə ortaq etiraz aksiyası qeydə alınıb.
İslamazeri.com “Al Alam”-a istinadən xəbər verir ki, İsrailin Vaşinqtonda yerləşən səfirliyinin önündə toplaşan yüzlərlə etirazçı, Sionist rejiminin Əqsa məscidinə qarşı zülmlərini tənqid ediblər.Etirazçılar aksiyanın sonunda, İsrail rejiminin cinayətlərinə etiraz şüarları səsləndiriblər.
Ətrafda toplaşan ortodoks yəhudilər isə əllərində “Fələstinin hamısı fələstinlilərə məxsusdur” yazılı plakatlar daşıyıblar.