Tarix : 2017 Jul 31
Kod 52433

MOSKVA: "BÜTÜN SƏRT RIÇAKLARIMIZI İŞƏ SALACAĞIQ"

"Moskva Amerikanın bütün yeni sanksiyasına cavab verəcək".
Bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Riabkov bildirib. Diplomatın sözlərinə görə, Vaşinqton Moskva ilə bütün diplomatik körpüləri yandıraraq sanksiyanı gücləndirəcəksə, buna müvafiq bütün sərt rıçaklarını işə salacaqlar:
Artıq ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini nəzərədə tutan sənədləri imzalayıb. Əlbəttə, bu, çox qəribə və qəbuledilməz sənəddir. Mən bunu "suyun son damcısı" hesab edirəm. Şübhəsiz ki, biz sanksiyaları pisləyirik. Amma ABŞ buna məhəl qoymayıb bir az da qabağa getsə, cavabını verəcəyik. Mesajım isə belədir: Bunu etməyin ! Bu, ABŞ-ın öz maraqlarına da zərbə vuracaq !"/sherq/

  • Yazılıb
  • da (də) 2017 Jul 31
  • Göndərən مدير سايت Aran News