Nardaran hadisələri zamanı həbs edilmiş Şamil Abduləliyev 15 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilən gün “kars”a salınıb.
Nur-az.com:Bu barədə vəkil Zibeydə Sadıqovaya məhbusun qohumları məlumat verib.14,5 il azadlıqdan məhrum olunan Şamil Abduləliyev 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatdan sonra həbs olunub. Z.Sadıqova deyir ki, ötən ilin dekabrında Şamil Abduləliyevin anası onun həbsinə dözməyərək vəfat edib.
Vəkil Z.Sadıqova Ş.Abduləliyevin 26 noyabr olayları zamanı yaralandığını və bədənində 2 güllənin hələ qaldığını bildirib.
20 iyul 2017-ci il tarixində Apelyasiya Məhkəməsində Nardaran hadisələrində həbs olunan şəxslərin şikayətinə baxılarkən hakimlə təqsirləndirilən şəxslər arasında insident yaşanıb. Şamil Abduləliyev də hakimə etiraz edənlərdən olub. Vəkil güman edir ki, onu buna görə “kars”a salıblar.