Tarix : 2017 Jul 31
Kod 52437

Türkiyədə `Böyük Qüds Mitinqi` keçirilib

Türkiyədə Səadət Partiyasının təşkilatçılığı ilə bir çox qeyri-hökumət təşkilatının da qatıldığı "Böyük Qüds Mitinqi" keçirilib.
FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, vətəndaşlar mitinq meydanında Türkiyə və Fələstin bayraqları qaldırıblar. 


Mitinq meydanının müxtəlif yerlərinə "Qanında boğulacaqsan, İsrail", "Rədd olsun İsrail!" yazılmış plakatlar asılıb.


Səadət Partiyasının sədri Temel Karamollaoğlu mitinqdən əvvəl Fələstin mövzusundakı həssaslığına görə "Real Madrid"in ulduzu Kristiano Ronaldoya və Venesuela prezidenti Nikolas Maduroya da mitinqə dəvət məktubu göndərdiklərini deyib.



"Qüds ülvi bir mübarizə, əvəzolunmaz bir eşqdir"


Temel Karamollaoğlu Qüdsün ülvi bir mübarizə, əvəzolunmaz sevda olduğunu bildirərək, "Peyğəmbərimizin meraca çıxdığı ulu məkandır. Haqqa açılan qapı, zülmə qarşı müqavimətdir. İlk qiblə, ilk istiqamətdir. Hamısından üstün isə müsəlmanların ortaq ruhudur", - deyib.


Karamollaoğlu bütün məzlumların ümidlərinin mitinq meydanında olduğunu bildirərək, "bu meydanda Fələstin işğal altındaykən rahat yatmayan Səlahəddin Əyyubi nəvələri var. Alparslanın nəvələri var. Nəcməddin Ərbakanın tələbələri var. Qəzzanın olduğu qədər Təl-Əvivin də gözü bu meydandadır. Xalid Məşəlin, İsmayıl Haniyənin, Raid Salahın olduğu qədər Netanyahunun da gözü bu meydandadır. Əmin olun ki, onların qorxudan qıçları titrəyir. Qaranlıq qapıların arxasında qurduqları ekranlarda bu meydana baxıb, "Əbabil quçları kimi haradan çıxdı bu insanlar?", - deyirlər. Bu gün burada 80 milyonluq Türkiyənin ürəyi var", - deyə danışıb.



Karamollaoğlu İsrailin təkbaşına olmadığını bildirərək, belə deyib:


"1897-ci ildə, düz 120 il əvvəl birinci sionist konqresindən etibarən silahlı mübarizə aparırlar. İmperialist ölkələri bu məqsədlə istifadə edirlər. Bu dünyanın mühüm ölkələri və fəal təşkilatları İsrailin bu zülmünü hər zaman dəstəkləyiblər. İsrail Birləşmiş Millətlər Təşkilatında yüzlərlə dəfə pislənsə də, əleyhinə heç bir qərar çıxarılmayıb. İki ay bundan öncə BMT tərəfindən hazırlanan hesabat İsrailin irqçi olduğunu sübut etdiyi üçün ictimaiyyətə açıqlanmasından sonra təzyiqlə geri götürüldü. Bu gücün ifadəsidir, bu təzyiqin ifadəsidir, bu bütün dünyanın necə istifadə edildiyinin ən bariz ifadəsidir. Biz bunu bir kənara qoya bilmərik. Demək olar ki, bütün beynəlxalq təşkilatlar İsraili qeyd-şərtsiz qorumağı bir vəzifə kimi qəbul ediblər. Bu gün Qüdsün müdafiəsi yer üzünün bütün zülmkarlarına qarşı bir üsyandır. Əsl şərəf ordeni bu üsyankarlıq olacaqdır. Bizlər Qüdsü hər zaman İslam Birliyinə gedən yolun məhək daşı olaraq gördük."











  • Yazılıb
  • da (də) 2017 Jul 31
  • Göndərən مدير سايت Aran News