Azərbaycan Respublikası ilə sionist İsrail rejiminin ikitərəfli əməkdaşlıqları bu rejimin Müharibə Nazirliyinin hərbi əməkdaşlıqlar və müdafiə sənayesi məhsulları ixracatı şöbəsinin direktoru Mişel Ben Baroh və onu müşayiət edən heyətin Azərbaycana səfərində araşdırılıb.
İRİB-in Bakıdakı nümayəndəliyinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Mişel Ben Baroh və onu müşayiət edən heyət öz səfərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyində olub və bu görüşdə bu nazirliyin fəaliyyəti haqda onlara məlumat verilib. Məlumata görə, görüşdə İsrail rejiminin Azərbaycandakı səfiri Dan Stav da iştirak edib. Azərbaycan və İsrailin müdafiə sənayesi əməkdaşlığı, həmçinin tərəfləri maraqlandıran bəzi məsələlər haqda fikir mübadiləsi aparılıb.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin məlumatında bu görüşün detalları açıqlanmayıb.