FaktXəbər-in verdiyi məlumata görə, Əfqanıstanın qərbində yerləşən Herat şəhərindəki şiələrin məscidinə silahlı hücum olub.
"Cavadiyə" məscidinin girişində əvvəlcə terrorçu kamikadze özünü partladıb. Ardınca digər terrorçu avtomat silahla məsciddəkilərə atəş açıb.
Hadisədən sonra 30 nəfərin həyatını itirdiyi, onlarla insanın isə yaralandığı bildirilir.