“Truth NGO” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin sabiq kürəkəni Emin Ağalarovun Bakıda təşkil etdiyi “Jara 2017” musiqi festivalı başa çatıb. Rusiyalı artist və müğənnilərin iştirakı ilə, Azərbaycan xalqının ən müqəddəs dini məkanlarından birinin – 8-ci şiə imamı İmam Rzanın (ə.s) bacısı Rəhimə xanım (s.ə) ziyarətgahının yerləşdiyi Nardaran kəndindəki “Sea Breeze Resort & Residences” Hotelində baş tutan bu festival qalmaqallı məqamlarla yadda qalıb.Beləki, fesrivalda çıxış edən rus müğənisi Dima Bilan, “Eurovision” yarışmasında Azərbaycanı təmsil etmiş Nigar Camalla birlikdə özün “Qucaqla məni” mahnısını ifa edərkən, yarıçılpaq halda olan N.Camalla səhnədə əxlaqsız pozalar nümayiş etdiriblər. Bu isə Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb və sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb olub.
Sanki qəsdən Nardaran qəsəbəsində keçirilən bu festivalın “pik nöqtəsi” isə yəhudi əsilli rusiyalı müğınni Lolitanın səhnədə soyunması və əyninə geyindiyi – üzərində Qurandan kəlmələr yazılan erotik kambinezonu tamaşaçılara və bütün müsəlman Azərbaycan xalqına nümayiş etdirməsi olub.
Müsəlman Azərbaycan xaqlının dini mərkəzlərindən hesab olunan Nardaran qəsəbəsi elə bir məkandır ki, hətta ateist Sovet Hakimiyyəti zamanı belə öz dinini və adət-ənənələrini qoruyub saxlamışdı. Amma prezedentinin öz vəzifəsinin icrasına başlayarkən xalqın qarşısında Qurana əl basdığı müstəqil Azərbaycan Respublikası dönəmində isə, hakimiyyət bu qəsəbəyə sanki İsrailin işğal etdiyi Fələstin kəndlərindən biri kimi yanaşmaya və mömin Nardaran camaatına İsraili gözü ilə baxmağa başladı. Təsadüfi deyil ki, Azərbaycanda İslam dini uğrunda ilk şəhid məhz bu qəsəbədə verilib. Nardaran həmçinin İslamı qorumaqdan ötrü canlarını fəda edən digər şəhidlərin də qanının axdığı yerdir.
Yəqin bu səbəbdəndir ki, Azərbaycan hakimiyyəti Nardarana – fələstinlilərin şəhid qanınlarından qorxan İsrailin gözü ilə baxır. Əgər belə olmasaydi, Azərbaycan prezidentinin yəhudi əsilli sabiq kürəkəni Emin Ağalarov Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd olan fəsadla dolu bu əxlaqsız festivalı Nardaranda keçirməzdi, yəhudi əsilli Lolita Azərbaycan xalqının qarşısında soyunub üzərində Qurandan kəlmələr yazılan erotik kambinezonu müsəlman xalqa nümyiş etdirib onların dinini təhqir etməzdi və İsrailə bağlı olan “1news.az” saytı da “Jara 2017” əxlaqsızlığını gen-bol təbliğ etməzdi.
Qeyd edək ki, əhalisinin 95-nin müsəlmanlardan ibarət olduğu Azərbaycan Respublikasında dindar təbəqənin elementar hüquqlarını müxtəlif bəhanələrlə pozulur: hicablı halda pasport şəkli çəkdirməyə icazə verilmir və bu üzdən də ismətli xanımlar xarici pasport ala bilməyib Həcc ziyarətinə gedə bilmirlər, Azərbaycanın dini tədris mərkəzlərinə rüşvət verməyə pulu olmayan vətəndaşlar ölkədən xaricdə dini təhsil alıb qayıdandan sonra onlara elemantar İslam ayinlərinin belə icrasına icazə verilmir, möminlər hətta Quran dərsi verdiklərinə və hətta Cümə namazı qıldıqlarına görə həbs edilirlər ki, Azərbaycan xalqının bu vəziyyətini – yalnız Fələsrin xalqının sionistlər tərəfindən işğal olunmuş Fələstin ərazilərindəki vəziyyəti ilə müqayisə etmək olar.
Amma İsrail sionist rejiminin Azərbaycan Respublikası hakimiyyətindən bir fərqli cəhəti var: İsrail prezidenti və ya baş naziri vəzifələrinin icrasına başlayarkən xalqın qarşısında Qurana əl basmır, Azərbaycan prezidenti isə andiçmə mərasimi zamanı Konstitusiya ilə birlikdə Qurana da əl basır. Konstitusiya ilə Quran atasında da mühüm bir fərq var: əgər Konstitusiya – ona əl basıb verdiyi sözə əməl ətməyənlərə qəzəb etmirsə, Quran isə – ona əl basıb müsəlman xalqın və Quranın özünün əleyhinə fəaliyət görsədələrə qəzəb edir! Həm də şiddətli şəkildə! Bu səbəbdən də məsləhət görərdik ki, Azərbaycanın dövlət başçısı növbəti prezident seçkiləri zamanı xalqın 99,97%-nin səsini torpayıb öz vəzfələrinin icrasına başlayanda yaxşı olardı ki, Quran əvəzinə Lolitaya əl bassın. Çünki Lolitanın da üzərində Qurandan kəlmələr var, amma Quran ona yalandan əl basana qəzəb etsə də, Lolita qəzəb etmir: prezidentin ona “əl basdığına görə” bəlkə dua da etdi…