Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində lisenziyası ləğv olunmuş "Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun apelyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Vəkil Fəxrəddin Mehdiyevin Meydan TV-yə verdiyi məlumata görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib. F. Mehdiyev qərardan Ali Məhkəməyə şikayət verəcəklərini deyib.E.Seyidov bir müddət əvvəl məntəqə tipli müəssisəyə köçürülməsi barədə Qaradağ rayon Məhkəməsinə müraciət edib. Müraciətdə onun xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apelyasiya şikayəti həmin qərardan verilib.
E. Seyidov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.