Partiya rəhbərliyi hesab edir ki, İslamın tarixi şəxsiyyətlərinin- xüsusən Peyğəmbər(s.ə) və onun mübarək Əhli-Beytinin(ə) mövlud və şəhadət tarixlərinin geniş ictimaiyyət tərəfindən, həmçinin xalqının 95 faizi müsəlman olan dövlətimiz səviyyəsində qeyd olunmasını vacib sayır
islaminsesi.az-148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də, miladi tarixi ilə avqustun 4-də Mədinə şəhərində İmam Kazım(ə)-ın evində bir uşaq dünyaya gəldi və atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə götürdü. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoydular. Atası İmam Museyi Kazım öz əshabına həmişə “məndən sonra imam Əli olacaq”-deyə buyurardı. İslaminSesi xəbər verir ki, Azərbaycan İslam Partiyası idarə heyətinin qərarı ilə iyulun 25-i Xanım Məsumənin mövludu ilə başlanmış “kəramət ongünlüyü” bayramı münasibətilə geniş tədbirlər proqramı həyata keçirmişdir. Partiya rəhbərliyi ilk növbədə xalqımızı, dünya məsəlmanlarını səkkizinci imamımız İmam Rza(ə)-ın mövludu münasibətilə təbrik etmişdir.
AİP ənənəvi olaraq İslam dininin təbliğində, dinimizin cəmiyyətimiz üçün aktual və vacib əməllərinin icra olunması, qorunması və inkişaf etdirilərək geniş yayılmasında müstəsna rolu olan, bu istiqamətdə cəsarətli addımlar atmaqla əlaqədar təqib, təhdid və həbs olunan dindarlarımızın ailələrinə baş çəkmiş, onlara bayram sovqatları təqdim etmişdir.
Partiya rəhbərliyi hesab edir ki, İslamın tarixi şəxsiyyətlərinin- xüsusən Peyğəmbər(s.ə) və onun mübarək Əhli-Beytinin(ə) mövlud və şəhadət tarixlərinin geniş ictimaiyyət tərəfindən, həmçinin xalqının 95 faizi müsəlman olan dövlətimiz səviyyəsində qeyd olunmasını vacib sayır. Bu, öz növbəsində dinimizin həqiqi dəyərlərinin qorunması, xalqımızın monolitliyi, torpaqlarımızın azadlığı və istiqlaliyyəti uğrunda insanlarda mübarizliyin istənilən həddə çatdırılması üçün də çox qiymətlidir.
“Biz, haqsız olaraq zindanlara məhkum edilmiş, fəaliyyətlərinə müxtəlif məhdudiyyətlər yaradılmış, İslam aliminin məsciddə adi namaz qılması qadağan edilməklə həbs edilmiş bütün qardaşlarımızın tezliklə qapılarının açılmasını Allahdan diləyir, ailələrinə səbr və can sağlığı arzulayırıq. “
Bayramınız mübarək olsun. Amin!
AİP Mətbuat Xidməti