Tarix : 2017 Aug 03
Kod 52473

Medvedyevdən ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına gözlənilməz reaksiya

Rusiyanın baş naziri Dmitri Medvedveyev bildirib ki, ABŞ ilə hər hansı bir münasibətə daha ümid qalmayıb.
İslaminSesi BBC-ə istinadən bildirir ki, nazir Rusiya hökumətinin bu münasibətlərin düzəlməsinə daha heç bir ehtimalı yoxdur. 
"Birincisi, bizim yeni Amerika hökuməti ilə münasibətlərimizin düzəlməsi bitdi. İkincisi Rusiyaya hərtərəfli ticarət müharibəsi elan olunub."-deyə öz sosial şəbəkə hesabında Medvedyev yazıb. 
Nazirin fikrincə Tramp Konqresə icraedici funksiyanı ötürərərək onun  qarşısında "çox alçaldıcı formada" öz qüvvəsizliyni etriraf etdi. 
"Amerika siyasi elitası Trampa qalib gələ bildi. Prezident sanksiyaları imzalamağa heç də şad deyildi, lakin qanunu imzalamağa məcbur idi. Yeni sanklsiya mövzusu Trampı sadəcə olaraq yerində otuzdurmaq  üçün lazım idi. Qarşıda yeni  planlar var ki, son məqsəd onu hakimiyyətdən kənarlaşdırmaqdır. Qeyri sistematik oynayan oyunçu ləğv olunmalıdır."
  • Yazılıb
  • da (də) 2017 Aug 03
  • Göndərən مدير سايت Aran News