Xəbər Lenti

Qürbətdə qalmış Qarabağ-Mənsur Həqiqətpur

Vicdan məhbusu zona buraxılmır,kars, karantində saxlanılır

İrandan nüvə sənədlərinin oğurlandığı iddiasına REAKSİYA

İranla nüvə anlaşmasının qorunmasının yüksək əhəmiyyəti vardır

Netanyahunun dostu Babuna ilə Hülya Avşar türkiyəlilərin ilik və qanını İsrailə niyə daşıdı1

Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

Marneulidə İmam Rza (ə) və Xanım Məsumənin (s.ə) mövludları keçirildi

Ordumuz şəhid verdi

''İlham Əliyevi tənqidçiləri həbsxanadan azad etməyə çağırmağınızı xahiş edirik''

AXCP fəalı ''yatağını səliqəli yığmadığına görə'' həbsdə qaldı

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram" - Nikol Paşinyan

Yəmənlilər Ərəbistan koalisiyasının komandanlarının iclası məkanına PUA ilə hücum ediblər

Blokadanı yaran gəmilər tezliklə İtaliyadan Qəzzaya yola düşəcək

İsrail yəhudi dövləti olduğunu rəsmən elan etdi – Daha 2 milyon ərəb təhlükədə

"Təcili tədbir görülməsə, Məmməd İbrahim dünya işığından məhrum olacaq"

Paşinyan: İlham Əliyevlə danışıqlara hazıram

Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

Tale Bağırzadə Gəncə hadisələrindən yazdı

Rusiya ordusu erməni kəndinə soxuldu

`Ənsərullah` liderindən Hudeydə açıqlaması

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşdü

ABŞ ictimaiyyəti: "Trapm Putinlə görüşdə ABŞ-a xəyanət etdi"

Seyid Əmmar Əl-Həkim: “Xalqın tələbləri yerinə yetirilməlidir”

''Vətəndaş cəmiyyəti və media ilə dialoq olmasa Azərbaycan irəliyə getməyəcək''

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

Azərbaycan Respublikası Paşiniyanın hədə-qorxularına cavab verib

XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb

“Nar və ənar” filmi azəri dilinə tərcümə edildi

Azərbaycan xalqı müalicə üçün ilk olaraq İranı seçir

İran Prezidenti Livan Prezidentinə mesaj göndərdi

Həcci siyasiləşdirən Səudiyyə rejimi məhkəməyə verildi

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

ATƏT Azərbaycanı seçki qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır

İran səfiri: “İki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq”

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

"Əbülfəz Bünyadovun həbsi insan haqlarına, humanistliyə zidddir"

Təhminə Milani Rusiya Film Festivalının münsifələr heyətinin sədri seçildi

Ali Məhkəmə ''Siyəzən məhbusları''nın şikayətini təmin etməyib

Arxiv
 
Tarix : 2017 Avg 05     |     Kod : 52474

Amerikanın Rusiyaya sanksiya tətbiq etməsinin sirri

ABŞ Rusiyaya təzyiq göstərməklə beynəlxalq balansda öz gücünü nümayiş etdirməkdən əlavə, regionda və dünyada Moskvanın yerini zəiflətməyə təlaş edir.

Rusiya dünyanın ən qüdrətli ölkələrindən olaraq hal-hazırda uzaqgörənlik edərək ağıllı və müdrik bir seçimi sınaqdan keçirməlidir. Ukrayna və Krım hadisələrinə görə qərbin, xüsusilə də Amerikanın təzyiqi ilə üzləşmiş Moskva təhdid və sanksiyaları hiss etməkdədir. Bu, bir növ qərb və Amerikanın İrana qarşı sanksiyalarına bənzəyir. ABŞ Rusiyaya təzyiq göstərməklə beynəlxalq balansda öz gücünü nümayiş etdirməkdən əlavə, regionda və dünyada Moskvanın yerini zəiflətməyə təlaş edir. SSRİ-nin parçalanmasından sonra Amerikanın Avropa Birliyi ilə uzunmüddətli strategiyası bu ölkənin dünya səviyyəsində gücünü və mövqeini zəifləntdi, indi də yeni bir parçalanmadan asılı qalıb. SSRİ-dən ayrılmış ölkələr, müstəqil olsalar da, yenə Rusiyaya meyillidirlər və ənənəvi olaraq Moskva ilə strateji əməkdaşlığı davam etdirirlər. Rusiya, Avropada olan sabiq müttəfiqləri arasında siyasi və mədəni nüfuzu yenidən bərpa edə bilməsə də regionda mövcud olan digər mühüm və qüdrətli ölkələrlə dostcasına münasibətləri genişləndirə, qərbin məntəqəni işğal etmək üçün sürünən və sürətli hərəkətinin qarşısına ala bilər. 

Siyasi məqsədlər
Amerikanın dünyada azadlıq, insan haqları, domokratiya təriflərinin genişlənməsinin qarşısında maneə olmuş, boyun əyməyən Rusiyanın cəzalandırılması bu ölkə vətəndaşlarının geniş təbəqələrinin həyat durumuna zərər vurur, Rusiya camiəsində dövləti dəyişdirmək, hazırkı hakimiyyətin simvolu olan siyasi rəhbərliyi devirmək üçün etiraz əhval-ruhiyyəsini təhrik edir.

İqtisadi məqsədlər
Rusiyanın Avropa bazarında yerini tutmaq məqsədilə onu Avropanın qaz bazarıncan çıxarmaq Moskvanın xarici ticarətini təhdid edir. Aydındır ki, bundan əlavə, sanksiyaların pərdəsi arxasında digər gizli məqsədlər də dayanır və bu məqsədlər heç vaxt mediaya sızmır. Bu gizli məqsədlərdən biri də Amerikanın iqtisadi zəifliyindən faydalanıb Almaniyanın iqtisadi güc qazanması və nüfuzunun qarşısını almaqdır.
Amerikanın dünyaya hegemonluq siyasəti onun sənayesini zəifləndirdiyi, müxtlif əyalətlərini maddi problemlərlə üzləşdirdiyi bir zamanda, Almaniya bu sahədə inkişafda olmuşdur. Amerikanın xarici ticarətində 2016-cı ildə 502 milyard dollar kəsr və dövlət büdcəsində Ümumi Daxili Məhsul (ÜDM) istehsalında 4,4 faiz kəsr yarandığı surətdə Almaniya bütün bu meyarlarda uzun illər yalnız müsbət inkişafı təcrübə etmişdir. 
Almaniyanın Amerika sənayesindən üstünlüyü qarşılıqlı ticarət sistemində də özünü göstərmişdir (Almaniya avtomobil, elektron aparatlar və s. kimi texnoloji məhsulları Amerikya ixrac edir). Üstəlik, investisiya sahəsində də Amerikanı üstələməkdədir. Almaniyanın 2016-cı ildə ABŞ-da qoyduğu investisiya 255,5 milyard dollar olmuşdur ki, bu rəqəm Amerikanın Almaniyada qoyduğu investisiyadan (108,1 milyard dollar) iki dəfə çoxdur. Almaniya şirkətlərinin Amerikadakı şöbələrinin maliyyə dövriyəsi də Amerikanın Almaniyadakı kompaniyalarının maliyyət dövriyyəsini üstələmişdir.
Qeyd olunan iqtisadi məsələ Tramp və Merkel arasında ixtilafın səbəblərindən birinə çevrilmişdir.  
NATO başçılarının zirvə görüşündə Trampın Almaniya barəsində açıqlamaları və onu NATO qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham etməsi, NATO-ya böyük məbləğdə borclu olmasını dilə gətirməsi, hərbi xərclərin iki dəfə artırmasını istəməsi, Paris razılaşmasından çıxması, sərbəst ticarət metodu mövzusunda bərk ixtilafı iki tərəf arasındakı böyük ixtilafların nümunələrinin aydın görünən siyahısıdır. Qarşılıqlı olaraq Merkelin “Avropa Amerikaya ümid etməməlidir”, “öz taleyini özü həll etməlidir” kimi açıqlamaları da mediada böyük əks-səda doğurdu. Merkel medianın Almaniyanın Avropanın rəhbəri olmaq istəməsi barədə dediklərini inkar etməyə çalışsa da Amerika mediası Almaniyanın Avropanın yeni rəhbəri olmağa təlaş etməsi barədə xəbərlər yaymaqdadır.
Tramp, Almaniyanın hücum xarakterli iqtisadi siyasətlərini tənqid edir və Almaniya avtomobillərinin idxalına böyük maliyyat qoyacağı ilə bu ölkəni təhdid edir.
Daxili istehsalı dəstəkləmək Amerikanın Almaniya ilə qarşılaşmaq üçün yeganə aləti deyil. Amerikanın Almaniya sənayesindən üstünlüklərindən biri də Amerikanın ucuz enerji mənbələrinə əlinin çatmasıdır. Amerikalılar həmişə bunu yaxşı dərk edirlər ki, Amerikanın neft və qazının ixrac edilməsinə qoyulan qadağanın əsas səbəbi enerji təhlükəsizliyini qorumaqdan əlavə, amerikalı istehsalçını ucuz enerji ilə təmin etməkdir.
Amerikada Henri Hub qaz yatağında təbii qazın qiyməti iyul ayında MMBtu üçün 2,8 dollardan 3 dollara kimi olmuşdur. Habluki, Almaniya sərhədində MMBtu üçün Rusiya qazının qiyməti 4,98 dollar dəyərində olmuşdur. Amerikanın daxilində yanacağın ucuz olması neft-kimya və metallurgiya sənayesi üçün bir imtiyaz hesab olunur.
Tramp qərara almışdır ki, Amerikada “Şist qaz inqilabı”nın köməyi ilə bu ölkəni enerji supergücünə və ən böyük enerji ixracçısına çevirsin. Qeyd edək ki, Amerikanın enerji supergücünə çevrilmək potensialı vardır. 2016-cı ildə Amerika gündə 8,6 milyon barel neft hasil etmişdir, 2015-ci ildə bu rəqəm hər gün üçün 4,12 milyon barelə çatırdı. Qaz hasilatı da ötən 10 ildə 40 faiz artmışdır və Amerika 2013-cü ildə Rusiyanı geridə qoyaraq qaz hasilatı üzrə birindi yerdə dayandı.
Amerikanın meye qazının Avropa bazarında dəqiq qiyməti yoxdur, lakin mütəxəssislərin dəyərləndirməsi əsasında dəqiq qiyməti təxmin etmək olar və demək olar ki, Amerikanın maye qazının Avropada qiyməti MMBtu üçün qiyməti 8 dollardır, yaxud min kub metr üçün qiyməti 256 dollardır.
Belə nəzərə gəlir ki, Amerika kompaniyaları 2016-2017-ci illərdə yeni bazarlar qazanmaq üçün öz qazlarını zərərinə satıblar, yəni Avropa bazarında MMBtu üçün 6,5 dollar dəyərində veriblər. Rusiya qazının Qərbi Avropada qiyməti MMBtu üçün 3,96-dan 3,95-ə qədər olmuşdur. 4,3 dollara qaz ixrac etmək Rusiya üçün gəlirli hesab olunur.
Rusiyanın ucuz qazını Almaniya bazarından çıxarmaq və Amerikanın baha qazını onun yerinə gətirmək Amerikanın mənfi ticarət balansını yaxşılaşdırmaqdan əlavə, Almaniyada sənaye istehsalının bahalaşması yaradır və Almaniya məhsullarının rəqabətini azaldır.
Üstəlik, Almaniyanın enerji bazarını yavaş-yavaş ələ almaq Amerikanın bu ölkənin xarici və müdafiə siyasətlərini nəzarətə almasına kömək edir. Şübhəsiz, lazım olan surətdə Amerika Almaniyaya neft və qaz verməsini tamamilə kəsə də bilər.
Amerikanın enerji sahəsində uğuru bu ölkənin iqtisadiyyatını gücləndirməkdən əlavə, öz xarici siyasətlərini yeritmək üçün Vaşinqtona əlverişli şərait yaradır. Beləliklə də Amerika Rusiyaya, yaxud Almaniyaya, habelə, İran kimi dost saymadığı hər hansı ölkəyə təzyiq etmək üçün bu imtiyazdan istifadə edəcək.
Maye qaz və şist neft ixracının artması ilə eyni zamanda amerikalılar daha asanlıqla sanksiyalar tətbiq edə biləcək, AB-ni də bu sanksiyalara qane edə biləcək. 2000-ci ilin əvvəllərində Vaşinqton Avropanı İranın neft ixracına sanksiyaya qane etməyə təlaş etsə də avropalılar neftin qiymətinin artacağından qorxaraq bu sanksiyaya razı olmadılar. Lakin, 2011-ci ildə Amerika daxili istehsalını artırdı və neft idxalını 3 dəfə azaltdı. Neft alışının azalması Amerika neftinin Avropa bazarlarına axmasına səbəb oldu və İran neftinin yerini tutdu. Bundan sonra Avropa ölkələri İran neftinə embarqo qoymağa razı oldu.

Avropanın müxalifəti
Almaniyanın Hamburq şəhərində G20 liderlərinin görüşü çərçivəsində Yunker Amerika nümayəndələri ilə danışdı. Trampın Avropadan polad idxalına məhdudiyyət qoymasına hiddətlənən Avropa Komissiyasının sədri müxbirlərə dedi: “Təfərrüatları açıqlamıram, lakin əmin olun ki, bir neçə günə biz də buna qarşılıqlı cavab verəcəyik.”
Yunkerin sözləri ilk dəfə olaraq Avropa ölkələrinin ikinci dünya müharibəsindən sonra ən azı 70 il boyunca onların əsas müttəfiqi və şəriki olmuş bir ölkə ilə ixtilaflarını üzə çıxartdı.
Avropa dövlətlərinin Rusiyaya qarşı sanksiyalara razı olmaması, Rusiyaya görə deyil, öz maraqlarına görədir. Avropanın Rusiya qazına bərk ehtiyacları vardır. Amerikanın sanksiyaları Avropa ölkələrinin qaz təmini təhlükəsizliyini poza bilər. Üstəlik, Amerikanın sanksiyaları Hollandiyanın Shell, Avstiyanın OMV, Almaniyanın BASF kimi Rusiya qazını Almaniyaya ötürən qaz borusu layihəsində iştirak edən böyük Avropa şirkətlərinə də şamil olur. Avropa dövlətlərinin daha böyük narahatlığı Rusiyaya qarşı yeni sanksiyaların qanun çərçivəsində qəbul edilməsidir. Çünki belə olduqda sanksiyalar aradan qaldırılsa da qanunları ləğv etmək asan olmur.

mənbə:əlvəqt


Yazılıb da (də)   2017 Avg 05  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin