Azadliq.org-Samir Əsədli bildirir ki, Ə.Muxtarlının vəkilinin deməsinə görə, Bakı İstintaq Təcridxanasının rəhbərliyi jurnalistin yaxınları ilə görüşünə heç bir məhdudiyyət olmayacağını söyləyib.“Bundan sonra biz bu gün, avqustun 4-də yenə görüş üçün təcridxanaya getdik. Bizi bir saatdan artıq gözlədəndən sonra rəis xəbər göndərdi ki, mən görüş üçün söz verməmişəm”, – S.Əsədli bu dəfə də jurnalistlə görüşə bilmədən geri dönməli olduğunu qeyd edib.
Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə bu mövzu ilə bağlı danışmaq mümkün olmayıb.
Məsələyə, hələlik, Penitensiar Xidmətin də münasibətini öyrənmək cəhdləri bir nəticə verməyib.
Ə.Muxtarlının vəkili Elçin Sadıqov isə AzadlıqRadiosu-na deyib ki, dünən (avqustun 3-də) Ə.Muxtarlının saxlanıldığı təcridxanada olub, jurnalistlə görüşüb. Təcridxana rəhbərliyi vəkilə jurnalistlə görüşə mane yaradılmadığını bildirib.
Ə.Muxtarlının yaxınları bildirirlər ki, onlar bundan əvvəl də jurnalistlə görüşmək məqsədilə bir neçə dəfə təcridxanaya gediblər. Ancaq bunların heç birində görüşə icazə ala bilməyiblər.
Bununla bağlı Sabunçu Rayon Məhkəməsinə şikayət də edilib. Ancaq məhkəmə görüşə imkan verilməməsini təsdiqləyən sübutların təqdim edilmədiyini bildirərək müraciəti araşdırmaqdan imtina edib.
Həmin qərardan apellyasiya şikayəti verilib.
XATIRLATMA
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilərək həbs edilib.
Onun özü zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb. Ancaq jurnalist ittihamları uydurma sayır.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.
Sənin