Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə Qobustandakı qapalı həbsxanada dəhşətli işgəncələrə məruz qalıb. Bu haqda “Azadliq.info”ya ilahiyyatçının yaxınları məlumat verib.
Nur-az.com:İşgəncə nəticəsində Taleh Bağırzadənin vəziyyətinin pisləşdiyi və hazırda da durumunun ağır olduğu bildirilir.
İlahiyyatçının vəkili Yalçın İmanov bildirib ki, müvəkkili ilə görüş üçün orderin surətini və müvafiq məktubu xeyli vaxtdır ki, Penitensiar Xidmətə göndərsə də, hələ ki, cavab gəlməyib. Bu səbəbdən vəkil Taleh Bağırzadə ilə görüşə bilmir.
Nardaran işi üzrə məhkum edilmiş və hökmə əsasən, cəzasının 7 ilini Qobustan həbsxanasında çəkməli olan məhbusların – Taleh Bağırzadə, Abbas Hüseynov və Cabbar Cabbarovun yaxınları həbsxanaya gedib onlar haqqında məlumat almağa cəhd edəcəklər.
Şənbə günü olduğundan Penitensiar Xidmətdən məsələ ilə əlaqədar cavab almaq mümkün olmayıb.