Evlə, maşınla, maaşla şirnikləndirilib, Azərbaycan Respublikasına gətirilən afrikalı idmançı bunların heç birini almadığını, onunla “idman qulu” kimi davranıldığını deyir…
“Truh NGO” xəbər verir ki, Azərbaycanın yığmasını tərk edən idmançı Layeş Abdullayeva vətəni Efiopiyaya qayıdıb Azərbaycan idmanında korrupsiyanın paxırını açır. Evlə, maşınla, maaşla şirnikləndirilib, bunların heç birini almadığını, “idman qulu” kimi davranıldığını deyir.“Guardian” qəzetinə, Almaniya televiziyasına verdiyi müsahibələrində Azərbaycan yığmasında iştirakına görə 1000 dollar maaş vəd edilib, 300 dollar aldığını, ağzına tanımadığı dopinq həb basılması, iynə vurulması kimi hallarla üzləşdiyini deyən Layeş xanım, yarışda qazandığı 25 min dollar mükafat pulunun isə cəmi 7 minini aldığını bildirib. “Qalanını isə Efiopiyaya qaylt, verərik” vədi ilə aldadılan idmançı, hələ mükafatın qalan hissəsini almadığından deyib.
Bir neçə günə Azərbaycan pasportu, Azərbaycanlı soyadı alan idmançı yenidən Efiopiya vətəndaşlığını bərpa edib.
Şəkildə stolun üstündə Layeş Abdullayevanın Azərbaycan yağmasının aktivinə gətirdiyi qızıl medal və mükafatlar, prezidentlə rəsmidir…
Sevinc Osmanqızı, Fecebook