Rusiya və İran ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra hərbi, texniki və texnoloji əməkdaşlığı gücləndirmək sahəsində razılığa gəlib.
Nur-az.com:Bununla bağlı Rusiya baş nazirinin müavini Dimitri Roqozin bu gün İrana səfər edəcək.O, İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etdikdən sonra bu ölkənin Müdafiə naziri Hüseyn Dehqanla silah təchizatı məsələlərini də müzakirə edəcək.
Rusiya ilə İran arasında yeni sazişlərin imzalanma ehtimalının olduğu bildirilib.