Tarix : 2017 Aug 06
Kod 52496

Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb

Avqustun 6-da Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda birgə konfrans işə başlayıb.
azertag.az-Konfransı İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının baş katibi Ayətullah Möhsün Əraki açaraq İslam dini haqqında danışıb. O qeyd edib ki, İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran bir dindir. Bu dinin böyük tarixi var və bu tarixin öyrənilməsi olduqca vacibdir. Təəssüf ki, son zamanlar İslama qarşı qərəzli yanaşmalar müşahidə edilir. Bunun qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək və insanlara bu dinin mahiyyətini izah etmək lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə konfransda çıxış edərək bildirib ki, Azərbaycan dünyanın tolerant ölkəsidir. Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar mehribanlıq şəraitində yaşayırlar. Prezident İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Bu il çərçivəsində Bakıda İslam Həmrəyliyi Oyunları da keçirildi. Oyunlara qatılan İslam ölkələri bütün dünyaya həmrəylik nümayiş etdirdilər.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Məmmədov, Azərbaycanın Rusiyadakı və İrandakı səfirləri Polad Bülbüloğlu və Bünyad Hüseynov da iştirak edirlər.
  • Yazılıb
  • da (də) 2017 Aug 06
  • Göndərən مدير سايت Aran News