Qarabağdakı işğalçılıqlarda şəxsən iştirak etmiş erməni komandir Arkadiy Qarapedyan Ermənistanın Türkiyəni işğal edəcəyini söyləyib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, işğal olunmuş Azərbaycan torpağı Qarabağda müsəlmanlara qarşı etnik təmizlikdə şəxsən iştirak etmiş Erməni komandir Arkadiy Qarapedyan ağla, xəyala sığmayan ifadələrlə Türkiyə və Azərbaycana "hücum edib."Ermənistan mediasına danışan Qarapedyan, Türkiyə və Rusiya arasında imzalanan S-400 müqaviləsinə də toxunub və ölkəsinin yeni işğal planlarından danışıb. S-400-lərin müdafiə məqsədli olduğunu bildirən əliqanlı işğalçı, sistemin "Ermənistan Türkiyə işğal edəndə" işə yaramayacağını iddia edib. Bu vəziyyətin işlərini çətinləşdirməyəcəyini sözlərinə əlavə edən erməni komandir Türkiyənin əvvəl-axır parçalanacağını iddia edib.
Bundan başqa Rusiya və Ermənistan arasındakı razılaşmaya istinad edən erməni komandir Azərbaycan və Türkiyəni açıq şəkildə təhdid edib və "Böyük Ermənistan" xəyalını təkrarlayıb.
Xüsusən Azərbaycanda böyük etiraza səbəb olan açıqlamadan sonra sosial mediadan Ermənistan əleyhinə çoxsaylı mesaj paylaşılıb. Ermeni rəsmilərin bu mövqeyi Azərbaycan hökumətinin hər fürsətdə dilə gətirdiyi "Ermənistan sülhü sabotaj edir" sözlərini bir daha doğruladıb.