ABŞ-dan Avropaya qaz ixracının xəyal məhsulu olmaqdan o tərəfə keçmədiyini qeyd edən analitik buna görə də Avropanın Vaşinqton və Moskva arasındakı ixtilafları sadəcə seyr etdiyi və vəziyyətin daha çox pisə getməməsini ümid etdiyini sözlərinə əlavə edib.
İtalyalı siyasi analitik və tədqiqatçı Uqo Bardi ABŞ və Rusiya arasında siyasi və iqtisadi sahədə başlayan böhranın iki ölkə arasında hərbi üzləşməyə səbəb olmamasını ümid etdiyini bildirib.İslamazeri.com ABŞ-ın Rusiya əleyhinə yeni sanksiya qərarına toxunan Bardi sözügedən qarşıdurmaların kökünün neft və qaz ehtiyatları ilə bağlı olduğu və baş verən müharibələrin da bu məsələ ilə bilavasitə bağlı olduğunu ifadə edib.
Hazırda Rusiyanın ABŞ-a nisbətən daha çox qaz və neft ehtiyatına malik oldğunu qeyd edən Bardi ABŞ-ın bu məsələdə üstün mövqeyə gəlməsi üçün aqressiv metodlara əl atmaq istədiyini bildirib.
Rusiya və ABŞ arasındakı gərginlik xəttində Avropa Birliyinin mövqeyinə toxunan italiyalı tədqiqatçı "Avropa ölkələri bu iki ölkə arasındakı ixtilafları qızışdırmaq istəsə, Rusiyanın təbii qazını Avropa yerinə Çinə ixrac etməsi riski yaranır, belə vəziyyətdə isə Avropa iqtisadiyyatının Rusiya qazı olmadan məhvə üz tutması mütləqdir",- deyə qeyd edib.