Tarix : 2017 Aug 07
Kod 52503

“Sabunçu bazarı”nda mağazalar yandı - FOTO

Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın baş verib. Yanğın 200 kvadrat metr ərazini əhatəə edib.
İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilərək yanğın söndürülüb.

Hadisə nəticəsində bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alanolmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Mağazalardakı əşyalar yanaraq külə dönüb. Faktla bağlı araşdırma aparılır.(Report)


  • Yazılıb
  • da (də) 2017 Aug 07
  • Göndərən مدير سايت Aran News