Tarix : 2017 Aug 07
Kod 52504

Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı 600-dən 900-ə qaldırılıb

Bu il Azərbaycandan Həcc ziyarətinə 600 deyil, 900 nəfər gedəcək.
İslaminSesi bildirir ki,  Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir.
Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib.
Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.

  • Yazılıb
  • da (də) 2017 Aug 07
  • Göndərən مدير سايت Aran News