Tarix : 2017 Aug 07
Kod 52505

Avropadə yaşayan bir qrup azəri gənclərin bəyanatı ؛Dünya azərilərinin sərvətinə qarşı xəyanət və cinayət odu

Avropadə yaşayan bir qrup azəri gənclərin bəyanatı ؛Dünya azərilərinin sərvətinə qarşı xəyanət və cinayət odu
7sabah.com -Avropadə yaşayan bir qrup azəri gənclərin Dünya azərilərinin sərvətinə qarşı xəyanət görə bəyanat verib
Qayğıkeş azəri gənclərin bəyanatı
Bismillahir-rəhmanir-rəhim
Dünya azərilərinin sərvətinə qarşı xəyanət və cinayət odu
Minlərlə heyiflər olsun ki, Azərbaycan dövləti Mossad və CİA-nın birbaşa tapşırığı ilə Azərbaycan ölkəsinin elitasını, ziyalılarını və hidayətçilərinin hamısını məhv etməyi qərara alıb, Bəni-Üməyyənin qaranlıq fitnəsi kimi Azərbaycanın gözünün işığı olan mübariz alimləri hədəfə seçib. Heç bir millətə qarşı onun elitasını, alim və mütəfəkkirlərini məhv etməkdən böyük xəyanət etmək olmaz.
İmperializmin dünya şiələri barəsində tapşırığı budur ki, rəhbərlik, təşkilatçılıq, nitq qabiliyyəti olan hər bir şiə alimi ya həbs edilməli, ya da öldürülməlidir. Şeyx Nimr Amerika və İsrailin göstərişi əsasında səudiyyə rejiminin qana bulaşmış əli ilə şəhid oldu. Zəkzaki də həmin tapşırıq əsasında hücuma məruz qaldı və onun minlərlə tərəfdarı şəhid oldu, özü isə ağır yaralandı, mühakimə olunmadan zindana atıldı. 
İndi növbə Azərbaycana çatmışdır. Son həbslər, ölkənin pak və dindar alimlərinə qarşı ağır, qeyri-insani və qorxulu hökmlər sözsüz ki, Azərbaycanın müstəqil olmayan dövlətinin öz işi deyil. Bu cinayətlər Mossad və SİA-nın Azərbaycan şiələri ilə bağlı tapşırıqlarının icrasıdır. Azərbaycan dövlətinin bu ölkənin alimlərinə qarşı etdiyi cinayətlər dünyada bənzərsizdir. Bu cinayətlər Səddam rejiminin İraq alimləri ilə davranışını xatırladır.
Heyiflər olsun ki, Azərbaycanda demokratiya yoxdur və dövlətin hər işi saxtakarlığa əsaslanır. Ölkədə vətəndaş hüququ, beynəlxalq insan haqları bəyannaməsi də işləmir. Hər nə varsa, yalnız dildə bir şüardır. Bu şüarların arxasında qorxulu fikirlər ölkəni idarə edir. Ən pisi isə odur ki, Azərbaycanda üç qüvvənin müstəqilliyi yoxdur. İcra qüvvəsi özü həm hakimdi, həm hakim formasında görünən MTN məmurudur, həm də özü qanun qəbul edir. Dünyanın ən xəbis məhkəmə hökmünü Azərbaycanda görmək olar. Bu ölkədə məhkəmənin abrı tamamilə aradan aparılmışdır. Buna diqqət etməklə biz əziz ölkəmiz Azərbaycan və onun böyük xalqının gələcəyini çox qaranlıq görürük. Doğrusu, hal-hazırda bizim ölkəmizi ən qaranlıq dalğalar bürüyüb.
Naxçıvanda cinayət və insan haqlarının pozulması Naxçıvan rəhbərinin vasitəsilə pozulur. Əgər bu cinayətlər dünyaya göstərilsə, dünya zülmkarları özü ona nifrət edər. Amma çox təəssüflər olsun ki, Azərbaycan dünyanın ən azğın zülmkar rejiminin xəlvət həyatına çevrilib. Söz demək, irad bildirmək üçün zərrəcə azadlıq yoxdur və bu ölkə tarixdə özünün ən pis, qaranlıq və nəhs dövrünü yaşayır. Ölkə və xalqların günbəgün insan haqları, demokratiya, azadlıq qazandığı bir zəmanədə bizim ölkəmiz orta əsrlər dövrünə qayıdıb. Bir xalqın halına ağlanmalı olsa, o xalq bizim xalqımızdır. Dünyanın ən məzlum xalqı kimi tanıdılmalı xalq bizim xalqımızdır. Susdurulmuş xalq kimi dünyaya tanıdılması xalq bizim xalqımızdır. Böyük bir zindan kimi dünyaya bir ölkə tanıdılması lazım olsa, Qəzzəni, yaxud Yəməni deyil, bizim ölkəni göstərmək olar. Tapdalanmış və böyüklüyü məhv edilmiş bizim xalqımızdır.
Biz bu bəyanat vasitəsilə beynəlxalq qurumları, azad insanları və xalqları köməyə səsləyirik. Bizim xalqımız zülm və diktatorluğun ən ağır çəkmələri və qamçıları altında “bir yardımçı varmı?”, “kömək edin”, “ey müsəlmanlar dadımıza yetişin” fəryadları ilə hayqırır. Dünya Azərbaycanda baş verən özbaşınalıqları görməlidir. 
Təqvalı alim və xətib Sərdar Həsənliyə 3 il, nüfuzlu alimlər Zülfüqar Mikayılov və Elman Ağayevin mühakiməsi, müqavimət və şücaət simvolu Tale Bağırzadəyə 20 il, Abbas Hüseynova 20 il, Rasim Cəbrayılova 17 il, Fuad Qəhrəmanlıya 10 il, Cabbar Cabbarova 19 il, Şamil Abduləliyev, Zakir Mustafayev, Cihad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Behruz Quliyev, Əli Novruzov, Əlibaba Vəliyev, Fərhad Babayev, Abbas Tağıyevin hər birinə 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər birinə 10 il, Tale Bağırov və Abbas Hüseynov əlavə olaraq həbsdə hər hansı bir görüşdən 7 il məhrum olmaqla Nardaran işi üzrə məhkum olanlara digər görünməmiş hökmlərin çıxarılması orta əsrlər dövrünün məhkəmələrini xatırladır. Halbuki, onlara qarşı sürülən bütün ittihamlar əsassızdır. 
Azərbaycanın müasir tarixinin əfsanəvi şəxsiyyəti, müqaviməti ilə İslam aləmini heyrətə gətirmiş Mövsüm Səmədovun qorxulu və cəhənnəm olan Qobustan həbsxanasına köçürülməsi və 12 il həbs cəzasının 3 ilini burada saxlanılmasının səbəbi nədir?
Ey beynəlxalq təşkilatlara rəhbərlik edənlər və ey insan haqları müdafiəsini öhdəsinə alanlar! Ey insan haqları mərkəzlərində məzlumlara ürək yandıranlar! Ey öz şəxsi maraqlarından əl çəkib, özlərini insanların kəramətinə fəda edənlər! Azərbaycan xalqının harayını eşidin, onun mənəvi və mədəni səvrəti olan böyük alimlərinin köməyinə yetişin. Zülm, bu ölkədə xalq üçün heç bir hörmət qoymamışdır. Hər biri bir ümmət olan məhbus dindarların köməyinə yetin. Azərbaycanın diktator rejimi onları tamam diqqət və həssaslıqla tanıyaraq zindana salmışdır. 
Son sözümüz isə öz millətimiz, Azərbaycanın böyük xalqınadır.
Əziz xalqımız! Böyük fürsətləri itirmişik və hələ də itirməkdəyik. Diktatorlar sizin sükutunuzdan istifadə edib hər il bir az da həyasızlaşır və yeni səngərləri fəth edir. Bizim ölkəmizi ölüm sükutu bürümüş və bu onu böyük bir zindana, qəbiristanlığa çevirmişdir. Xalq öz əsas haqlarını itirmişdir. Bizim köməyimizə özümüzdən başqa heç kim gəlməyəcək. Oyanmaq-oyanmaq, aman-aman, kömək-kömək, təcili-təcili.
Yatmayaq, çünki bizim qəddar düşmənlərimiz yatmayıb, əlimizi-əlimizin üstünə qoymayaq, çünki düşmən əlini cinayət və xəyanətdən dayandırmayıb. Elə etmək lazımdır ki, cinayətkar rejimin cinayət etməyə cürəti çatmasın. Azərbaycanın istedadları olan, lakin rejimin zindanlarında çürüməsinə hökm verilmiş elm övladlarının köməyinə yetin. Səhər gec olacaq.
Avropa, Amerika, Rusiya və Türkiyədə yaşayan bir qrup gənc
Surəti:
Beynəlxalq Əfv Təşkilatına
BMT-nin İnsan Haqları Şurasına
İslam Əməkdaşlıq Şurasına
Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Təşkilatına
BMT-nin Moskva və Ankaradakı ofisinə

  • Yazılıb
  • da (də) 2017 Aug 07
  • Göndərən مدير سايت Aran News