Tarix : 2017 Aug 07
Kod 52506

Həbsdə olan MTN polkovnikinə hökm oxundu

Həbsdə olan MTN polkovnikinin məhkəməsi keçirilib.
Musavat.com-Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən M.Əsgərob 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmündə qeyd edilir ki, polkovnikin əmlakı üzərinə qoyulmuş həbs götürülməlidir.
Hökmə əsasən, zərərçəkmişin mülki iddiası da rədd edilib.
Məhkəmə polkovnik Əzizovun əmlakına qoyulmuş həbsin götürülməsi ilə yanaşı onun evindən götürülmüş pulun da özünə qaytarılması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, prokuror M.Əsgərova 5 il cəza istəmişdi.
Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İlkin Muradov


  • Yazılıb
  • da (də) 2017 Aug 07
  • Göndərən مدير سايت Aran News