Shia Rights Watch (SRW) təşkilatı dünya ölkələrində şiələrə qarşı zorakılıqlarla bağlı hesabat yayımlayıb
Baş ofisi Amerikanın Vaşinqton şəhərində yerləşən "Shia Rights Watch" (SRW) təşkilatı dünya ölkələrində şiələrə qarşı zorakılıqlarla bağlı hesabat yayımlayıb. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində şiələrə qarşı düşmənçilik və zorakılıqları araşdıran təşkilat 2017-ci ilin ilk 6 ayı ərzi üçün hesabat açıqlayıb. Hesabata görə, altı ay ərzində dünyanın müxtəlif ölkələrində 1681 şiə öldürülüb və ya yaralanıb.
Hesabata əsasən, bu müddət ərzində 1000-dən çox şiə həbs olunub və onlarla şiə edam olunub.
"Shia Rights Watch" (SRW)-ın hesabatına görə, Pakistanda 2016-cı ildə şiələrin qətli baş vermiş cinayətlərin 3 faizini təşkil edirdisə, bu rəqəm 2017-ci ilin ilk altı ayı ərzində 40 faizə çatıb.
Şiələrin ən çox repressiyaya məruz qaldığı ölkə isə Bəhreyn elan olunub.