Tarix : 2017 Aug 08
Kod 52518

Allahşükür Paşazadə İran XİN rəhbəri ilə görüşüb

İranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib

M.C. Zərif bildirib ki, İran üçün Azərbaycanın inkişafı və sabitliyi çox önəmlidir: “Azərbaycan və İran arasında əlaqələr ən yaxşı səviyyədə qurulub. İki ölkə prezidentləri arasında dəfələrlə görüş keçirilib. Azərbaycanın inkişafı və sabitliyi bizim üçün çox önəmlidir”.
Allahşükür Paşazadə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə görə M.C. Zərifə təşəkkür edib. “Biz çalışacağıq ki, bundan sonra iki ölkə arasında əlaqələr daha da güclənsin”, deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri vurğulayıb.



  • Yazılıb
  • da (də) 2017 Aug 08
  • Göndərən مدير سايت Aran News