İran-Qətər-Türkiyənin iqtisadiyyat nazirlərinin Tehranda üçtərəfli görüşü İran prezidentinin andiçmə mərasimi çərçivəsində baş tutub.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi görüşün məqsədini üçtərəfli iqtisadi münasibətlərin genişləndirilməsi və Türkiyə məhsullarının İran vasitəsilə ən az xərclə Qətərə göndərilməsi yollarının araşdırılması adlandırıb.
N. Zeybekçi vurğulayıb: “Bütün məhsulların hava yolları ilə Qətərə göndərilməsi mümkün deyil və bu artıq xərclərə səbəb olur. Ona görə də məhsulun ən ucuz xərclə Qətərə çatdırılması üçün quru yollar arayırıq.”
Türkiyənin iqtisadiyyat naziri görüşdən öncə bildirib ki, İranın quru yolları Türkiyə məhsullarını Qətərə çatdırmaq üçün ən yaxşı tranzitdir və biz üçtərəfli görüşdə bu məsələyə aid münasibətləri genişləndirməyi müzakirə edəcəyik.