Tarix : 2017 Aug 09
Kod 52523

Türklər Almaniyada təhqir olundu: Zibil qutuları - Foto

Almaniyada bələdiyyənin zibil qutularının üzərinə yazdığı türk adları etiraza səbəb olub.
Almaniyanın Duysburq şəhərində zibil qutuları üzərinə “Zibili buraya at, Mehmet” (Mach et, Mehmet), “Zibili buraya at, Gülcan” (Mach et, Gülcan) kimi yazılar yazılıb.

Bu, bölgədə yaşayan türklər tərəfindən etirazlara səbəb olub.

Bələdiyyə isə etirazlara cavab olaraq 6 min zibil qutusuna yalnız türk adlarının deyil, digər ölkəyə məxsus adların da yazıldığını və bunu ətraf mühitin təmizliyinə riayət edilməsinə diqqət çəkmək üçün etdiyini bildirib.






  • Yazılıb
  • da (də) 2017 Aug 09
  • Göndərən مدير سايت Aran News