Tarix : 2017 Aug 09
Kod 52524

Akif Çovdarovun 32 milyonluq əmlakı

A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, müvəkkili üzərinə həbs qoyulmuş əmlaklarla bağlı ifadə verib.
Vəkilin sözlərinə görə, A.Çovdarov qeyd edib ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: “Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünkü o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakları özləri alıb”.
Hazırda proses davam etdiririlir.

İttiham aktına əsasən, A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manat təşkil edir./report/


  • Yazılıb
  • da (də) 2017 Aug 09
  • Göndərən مدير سايت Aran News