Qoşunlarımızın heç bir itki vermədiyi və əməliyyat şəraitinin tam nəzarətimizdə olduğu bildirilir.
Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən İslamazeri.com-a bildiriblər ki, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
Qoşunlarımızın heç bir itki vermədiyi və əməliyyat şəraitinin tam nəzarətimizdə olduğu bildirilir.